Qiymətdən düşməyən qara kürü

agroexpert_kuruVaxtiylə qara kürünün ölkədən ixracı zamanında adi vətəndaş üçün də xüsusi qayda tətbiq olunurdu. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi. “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi Qaydaları”na əsasən fiziki şəxslər 125 qrama qədər balıq kürüsünü ölkədən kənara çıxara bilərdilər. Amma bu on il əvvəlki qərar hazırda gücünü qorumur, çünki ölkədə kürü istehsalı qadağan olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, qara kürü Avropa İttifaqının ən qiymətli məhsulu sırasındadır. Eyyub müəllim əlavə etdi ki, “Bir kilosu 1000-1200 manat olan qara kürünün istehsalı qadağandır. Amma yerli bazarda daha çox süni hazırlanmış kürü satılır. Bu kürünü daha çox şadlıq evləri alırlar. Təxminən kilosu 50 manatdır”.

Faydaları:

Kürünün tərkibində insan orqanizmi üçün gərəkli olan mikroelementlər, vitaminlər var. Qara kürü daha zəngin olduğundan, bahalıdır. Kürüdə E, A vitaminləriylə yanaşı fosfor, dəmir, kalsiyum da var ki, bu da insanın zehninin güclənməsinə, enerjili olmasına səbəb olur. Kürü görmə qabiliyyətinin də bərpa olmasına səbəb olur, zəifliyi aradan qaldırır. Həmçinin kürü ilə qidalanmaqla cinsi zəifliyi olan insanlar da müalicə olunurlar.

Maraqlı bir məlumatı da qeyd edək. Ötən il Rusiyada dünya üzrə ilk sayılan qara kürü yemə yarışı keçirilib. Üç dəqiqədə yarım kiloqram qara kürünü “aşıran” Aleksandr Valov qalib gəlib.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669