Qızartma yeməklər zərərlidirmi?..
Demək olar ki, hər kəsin yediyi, günlük menyumuza daxil olan qızardılmış qidalar həqiqətənmi zərərlidir? Onlardan tamamilə imtina etmək mümkündürmü? Bir çoxumuzu bu sualların cavabları maraqlandırır…

Ekspertlər ürək və ümumi bədən sağlamlığı üçün qızartmadan istifadə etməməyi məsləhət görür.
Beləki, qızartma etmək üçün tərkibində trans yağ olan bitki mənşəli yağlardan istifadə edilir. Bu cür yağlarla hazırlanan qidanlardan istifadə etmək xolesterol səviyyəsinə mənfi təsir edir. Bu isə aterosklerozun inkişafına gətirib çıxardır. Ateroskleroz zamanı xolesterin damarlarda yığılır, damarlar daralır, elastikliyini itirir. Bütün bunlar ürək xəstəliklərinin, hipertoniyanın, infarkt və insultun əsas səbəbləridir. Bu səbəbdən diyabet xəstəliyi davamlı qızardılmış qidadan istifadə edən kəslərdə daha çox görülür.
Qızardılaraq hazırlanan yeməklərin zərər verici səbəbləri
- Yediyimiz qızartmalarda bir dəfə istifadə edildikdən sonra atılmalı olan yağ dəfələrlə istifadə olunur və nəticədə “akrolein” maddəsi əmələ gəlir. Bu maddə çox təhlükəli kanserogen (xərçəngə səbəb olan) sayılır. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərir ki, qızardılmış qidaların (xüsusilə qızardılmış qırmızı ətin) tez-tez qəbulu xərçəng xəstəliklərinin riskini artırır.
Əsasən bu qidalardan aktiv istifadə edən uşaqları və yeniyetmələri zəhərləyir. Bu səbəblə də xərçəng riski uşaqlıqdan etibarən artmağa başlayır.
- Qızardılmış qidalarda suda və ya buğda bişirilmiş qidalarla müqayisədə kalori daha çoxdur. Bu da artıq çəkiyə səbəb olur.

Sağlamlıq baxımından çox tövsiyə edilməyən kartof qızartması xüsusilə kilo problemi olanların uzaq dayanması lazım olan bir qidadır. Yalnız kartof yox, badımcan qızartması, bibər qızartması da zərərlidir. Xüsusilə badımcan çox yağ çəkir.
- Qızardılmış qida çətinliklə həzm olunur, mədə-bağırsaq sistemini yükləyir, mədədə diskomforta, ağrılara, qıcqırmaya, qəbizliyin inkişafına səbəb olur.
- Qızardılmış qidalar orqanizmdə iltihabın səviyyəsinin artmasına səbəb olur. Bu isə orqanizmdə müxtəlif iltihabi xəstəliklərin kəskinləşməsinə və bəzi xəstəliklərin inkişafına (məsələn, Alsheymer xəstəliyi) səbəb olur.
Qızartmaların çox yeyilməsi köklük, damar sərtliyi və bədəndə iltihabi xəstəliklərə gətirib çıxarmaqdadır. Belə qidalar başda qida zəhərlənməsi olmaqla, baş gicəllənməsi, qarın ağrısı, ishal və qusma, mədə turşu tarazlığının yox olmasına səbəb ola bilməkdədir. Bu səbəblə qızartmalardan imtina etməliyik.
Qızartmalardan tamamilə imtina etmək isə əlbəttə mümkün deyil. Bu səbəblə digər alternativ bişirmə üsullarını öyrənmək daha məsləhətlidir. Daha az yağ istifadə edilərək eyni ləzzəti verən məhsullar, texnologiya sayəsində mümkün hala gəlmişdir. Siz də həyatınız boyunca qızartmalardan uzaq qalmaq istəmirsinizsə, bu alternativ bişirmə üsullarından istifadə edə bilərsiniz.