Qobustan arıçıları cari ildə 18 ton bal götürüblər

Qobustanda arıçılar bu mövsümdə bəslədikləri arı ailələrindən 18 ton bal götürüblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə süzülən bal ötənilki göstəricidən 4,6 ton çox olub. Ən çox məhsulu Təklə, Xilmilli, Nabır kənd, Qobustan şəhər ərazi dairələrindəki arıçılar əldə ediblər.

bal balın faydaları

Bu gün bölgədə onlarca peşəkar arıçı var və onlar ailə təsərrüfatında arıçılığın inkişafına xüsusi maraq göstərirlər. Təklə kəndindən olan peşəkar arıçı Ramiz Qaçayev bu sahənin ailəyə yaxşı gəlir gətirdiyini söyləyərək deyib: “Arıçılıq bizim ailədə ənənəvi təsərrüfat sahəsidir. Hazırda 125 yeşik arı bəsləyirik. Bu il hava arıçılıq üçün heç də əlverişli keçmədi. Buna baxmayaraq, hər qutudan orta hesabla 10 kiloqramadək təmiz bal götürdük”.

R.Qaçayev təsərrüfatın bu sahəsinin inkişafına göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, hər arı ailəsinə verilən subsidiya onları arıçılığı inkişaf etdirməyə, eləcə də bu sahəyə marağı olanları yeni təsərrüfat yaratmağa həvəsləndirir.

Hazırda Qobustanda 3500 arı ailəsi var ki, bu da ötən ildəkindən 100 ailə çoxdur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669