Qoca uğur-FaceApp
Qoca əski dilimizdə böyük mənasındadır. Qocalıq şəkliniz hərkəs üçün maraqlı olmaya bilər, amma bu aralar trenddə olan FaceApp tətbiqinin uğur hekayəsi hamıya maraqlıdır. Hərkəsi “qocaldan” bu proqramı kim yazıb?
FaceApp 2 il bundan qabaq yazılıb AppStore və GooglePlay-a yüklənmişdi. Layihənin rəhbəri rus developerlərdir. Amma hal-hazırda Rusiya, Amerika və bir çox ölkələrdə ilk sıraya çıxdı. Hər halda yeni trendin təbii vəya qeyri-təbii simulyatoru vardır. Bunu dəqiq bilmirəm. Amma 9 iyula kimi mobil tətbiq App Store-da ilk 500-ə güclə girmişdi. 15 iyulda isə mobil tətbiq Rusiya, Amerika və daha 76 ölkədə ilk sırada yer tutdu.

FaceApp-ın yeni trendi Afrikadan başladı. Rusiyada teleulduzlar bu mobil tətbiqin məşhurlaşmasında böyük rol oynadı.
FaceApp-ı “Yandex”-in köhnə əməkdaşı Yaroslav Qonçarov 2017-ci ildə yazıb. Qocalma effekti ilə yanaşı, cavanlaşma və təbəssüm effekti də mövcuddur. Əlavə filtrlər üçün isə aylıq 6-7 Azn ödəmək lazımdır.

Sonda bunu qeyd edim ki, bu cür tətbiqlər yazıb uğur qazanmaq üçün istəkli cavanlarımız çox olsa da, startup ekosistemimiz effektiv deyil. Yadınıza gəlirsə Masqarad tətbiqi də çox uğurlu olmuşdu. Hər halda insan eqosu və əyləncəsi üzərinə qurulu layihələr daha yaxşı tutur. Daha faydalı ideyalar da eləmək olar. Məsələn, inəyin üzünü çəkib yaşını təyin edən App, vəya xəstəliyini təyin edən mobil tətbiq.
Həmçinin qeyd edim ki, FaceApp kimi tətbiqlər xüsusi xidmət orqanları üçün məlumat toplamaqda super vasitədir. Texnologiyanın prespektivi parlaq görünmür. Bu cür alətlərdən adətən istifadəçilər tez bezir.
FaceApp-ın qazancı bu ay 400k yükləmə ilə 300k olub.
Qazanc
Total FaceApp mobile app revenue in June 2019 was $600k, including $300k for iOS apps and $200k for Android apps.
Total mobile app downloads for FaceApp was 2m, including 400k iOS app downloads and 2m Android app downloads.