Yaşlı yaponların yeni köməkçisi-dronlar

Yaponiya aqrosektoru qarşısında duran problemlərdən biri fermerlərin qocalması, gənclərin şəhərə miqrasiyasıdır. Bu isə fermalarda işçi çatışmazlığına səbəb olur. Fermer dron bu problemi həll eləyə bilər. Daha əvvəl də dronların kənd təsərrüfatına verdiyi faydalar haqqında məqalə yazmışdıq.

fermer dron

Bu yaxınlarda istehsalçılar və fermerlər Yaponiyanın şimalında yerləşən Tomedə yeni dronun sınaq uçuşlarını həyata keçiriblər. Pilotsuz aparatlar yaşlı fermerlər üçün çətin olan işləri dəfələrlə qısa vaxtda həyata keçirməyə qadirdirlər. 

Tome 17-ci əsrdən bəri Tokiyoya düyü çatdırmaqla məşğuldur. Lakin indi regionda fermerlərin orta yaşı 67-68-dir. Məxsusi onlar üçün Nile-T18 adlı dron hazırlanıb. Aparatı PUA sahəsində startupçı  Nileworks Inc şirkəti düzəldib. 

Fermer dron

Fermer dron düyü kollarını incələyərək nə qədər gübrə və pestisid lazım olduğunu hesablayır və səpir. Və bütün sahəni bu şəkildə işləmək üçün cəmi 15 dəqiqə vaxt sərf edir. Fermer isə bu işi ağır püskürdənlə 1 saatdan çox vaxtda yerinə yetirə bilir.  Nileworks Inc yapon hökuməti ilə bu dronları xüsusi icazə olmadan idarə etmək barədə danışıqlar aparır.  PUA planşetə qurulmuş proqram təminatı vasitəsi ilə idarə olunacaq. Məsələnin riskli tərəfləri də var: Kimsə pestisid əvəzinə zəhər töküb sui-qəsd və ya terror həyata keçirə bilər. 

Radioidarə olunan mini püskürdücü helikopterlərlə müqayisədə (hansılar ki, 135 min dollardır), bu dronlar daha kiçik və ucuzdurlar. (36 min dollar) Nileworks Inc şirkətinin prezidenti elan edib ki, əsas hədəfləri düyü əkininin maya dəyərini 4 dəfə azaltmaqdır. Dronlar 2019-cu ildə satışa çıxarılacaq. İl ərzində minimum 100, qarşıdakı 5 illikdə 4 min dron satışı proqnozlaşdırılır. 

29 yaşlı Syota Tiba əmindir ki, bu innovasiya cavanlarda fermerliyə marağı artıracaq. Yeni dronlar kənd təsərrüfatı haqqındakı palçıqlı və ağır iş tələb edir stereotipini də sındıracaq. 

Sonda onu qeyd edim ki, Azərbaycanda (eləcə də dünyada) agrotech yeni inkişaf edən sektordur. Bu sahəyə yönəlməkdə fayda var. Sənayedə firənglərin çox gerisinə düşmüşük. Heç olmasa bu istiqamətdə onlara çata bilərik. Xüsusən kənd təsərrüfatı üçün Süni Zəka inkişaf etdirmək şansımız ola bilər. Kənd Təsərrüfatı Nazirliyinə də həddimizi aşaraq kiçik bir tövsiyyə edərdik ki, yerli proqramçıları bu sahəyə həvəsləndirsinlər. Bu işdən hərkəs qazanclı çıxar. Bugün böyük kombayn istehsal eləmək müşkül məsələ ola bilər, amma xüsusi proqram təminatlarının hazırlanması mümkündür.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669