Qoyun cinsləri

Azərbaycanda ən məşhur qoyun cinsləri üçün ümumi bir cədvəl hazırlamaq qərarına gəldik. Sağ tərəfdə müxtəlif qoyun cinslərinin xarakteristikası verilib: Diri çəkisi, yun verimi, bala verimi və sair. Bəzi qoyun cinslərinin şəkli təəssüf ki, yoxdur. Kimdə vardırsa info@agroexpert.az ünvanına göndərsin əlavə edək. 

agroexpert.az qoyun cinsləri

Cəro qoyunu-Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.

Mazıx qoyunu-Naxçıvan MR-də daha geniş yayılmışdır. Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 l-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali “qızıl qoyun” da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Çox yaraşıqlı olan mazıx qoyunlarının yorğa yerişi onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar. Yunu da nisbətən zərif və toxuculuq üçün keyfiyyətli sayılır. Bu cinsin diri çəkisi 45-60 kq-a qədər olur.

Qaradolaq qoyunu-Ağcabədi rayonunun Qaradolaq kəndində yaranmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.


Qarabağ qoyun cinsləri haqqında ətraflı bu məqalədə tanış ola bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669