Qoyun cinslərinin təsnifatı

Qoyun cinsləri zooloji və istehsalat prinsipi üzrə təsnifata ayrılırlar.

I. Zooloji təsnifat:

qoyun cinsləri təsnifatı

Bu təsnifata qoyun cinsləri quyruqlarının forma və uzunluğuna ayrılaraq 5-qrupa bölünürlər:

1. Qısa cılız quyruq qoyunlar-bunların quyruğu qısa olub, şimal qısa quyruq və digər qoyunlar daxildir.

2. Uzun cılız quyruqlar-bunların quyruğu çapma oynağından aşağı çatmaqla, quyruqda piy toplanır. Bu qrupa bütün zərif yunlu və yarımzərif yunlu yunlu qoyuncinsləri aiddir.

3. Qısa yağlı quyruq – bu qoyunları çapma oynağına çatmır. Quyruqda piy balınc formada quyruq kökündə toplanır.

4. Uzun yağlı quyruq- bu qrupa daxil olan cinslərin quyruğu çapma oynağına çatır və çox zaman ondan da aşağı uzunluqda olur. Quyruqda piy toplanır.

5. Quyruqlu qoyunlar-quyruq kökündə çox piy toplanır. Quyruğu çox qısa, inkişafsız olur.

II. Qoyunların təsərrüfat-istehsalat təsnifatı :

qoyun cinsləri. qoyun yunu

Bu təsnifat M.F.İvanov tərəfindən irəli sürülmüşdür. Təsnifata əsasən qoyunlar onlardan alınan məhsullarla və məhsulların xarakterinə görə 8 qrupa ayrılırlar:

1. Zərif yunlu cinslər-bu qoyunlardan eyni tipli zərif yun alınır. Buna bütün zərif yunlu cinslər daxildir.

2. Yarımzərif yunlu cinslər-yunu yarımzərif eyni tiplidir.

3. Yarımqaba yunlu cinslər-müxtəlif tipli yarımqaba yun alınır.

4. Kürklük cinslər-kürk almaq üçün saxlanılır.

5. Xəzlik cinslər-müxtəlif formaya malik qıvrımlı və rəngli xəz alınır.

6. Ətlik -piylik cinslər-bunlardan əsasən ət və piy alınır. Yunu o qədər də əhəmiyyət kəsb etmir.

7. Ətlik yunluq- südlük-qaba yunlu cinslərdir, bunlardan ət, yun və süd almaq üçün yetişdirilir.

8. Ətlik-yunluq cinslər-qaba yunlu cinslərdir. 

Qoyunların sinifləşdirilməsi…

Zərif yunlu cinslər-alınan məhsulun xarakterinə görə bunlar üç qrupa: yunluq, yunluq-ətlik və ətlik-yunluq qrupuna bölünürlər.

I. Yunluq qrupuna- sovet merinosu, stavropol, Azərbaycan dağ merinosu və s. qoyun cinsləri aid edirlər. Bu qrupa 1kq diri çəkiyə 50-60 qram təmiz yun düşür. Azərbaycan dağ merinosu Gədəbəy və Şəmkir rayonlarının təsərrüfatlarında professor F.A.Məlikov, M.Q.Sadıqov və başqalarının iştirakı ilə 1947 ildə yaradılmışdır. Bunun üçün bura köçüb gəlmiş insanların gətirdikləri yerli, az məhsuldar zərif yunlu merinoslar askaniya cinsi ilə çarpazlaşdırılmış və uzun illər seçmə-taylaşdırılma aparılmaqla dağ şəraitinə yaxşı uyğunlaşam bu cis yaradılmışdır. Ana qoyunlardan 4-5 kq, qoçlardan 8-10 kq çox zərif merinos yunu alınır.

II. Yunluq-ətlik zərif yunlu cinslər- bura askaniya, qafqaz, altay və s. cinslər aiddirlər. Bu qrup qoyunlarda hər 1kq diri çəkiyə 40-50 qram təmiz yun lifi düşür. Qafqaz cinsi- stavropol ölkəsində 1936-ildə yerli yeniqafqaz qoyunları amerika rambulyesi və askaniya cinsi ilə çarpazlaşdırılma nəticəsində yaradılmışdır. Ana qoyundan 5-6, qoçdan 7-8 kq yun alınır. Hər 100 baş doğar qoyundan 130-140 quzu alınır. Respublikamızda da yetişdirilir.

III. Ətlik-yunluq zərif yunlu cinslər – bu qrupa prekos, kazax, gürcüstan yağlı quyruq və Vyatsk cinsləri daxildir. Bu cinslərdə hər 1kq diri çəkiyə 30-30 qram təmiz yun lifi düşür. Prekos cinsi- prekos sözü fransa sözü olub, tezyetişən deməkdir. Bu cins XIX-əsrin sonunda Fransada rambulye qoyunlarını ingilis uzunyunlu Leyster cinsi ilə çarpazlaşdırmadan yaradılmışdır. Cins buynuzsuz olub, dəridə qırışlar az olur. Ana qoyundan 3,5-4,0 kq , qoçdan 4,5-5,0 kq zərif yun qırxılır. Respublikamızda bu cins yayılmışdır.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669