Qoyun xəstəliklərinin yaranma səbəbi və müalicə üsulu

Qoyunlarda xəstəliklər müxtəlif səbəblərdən yarana bilir. Bu əsasən yediyi qidalardan və ya sulardan keçir. Qoyunlar sürü halında yaşadığı üçün bu heyvanların kütləvi yoluxma təhlükəsi var. Buna görə xəstəliyi tez bir zamanda bilmək və önləmək lazımdır.

Bu yazımızda sizə qoyunların qarşılaşdığı xəstəliklər və onlardan azad olma yolları haqda mlumat verəcəyik.

qoyun xəstəlikləri agroexpert.az
Bəslənmə ilə bağlı xəstəliklər
  1. Mövsümlərə görə yem dəyişikliyinə tədricən keçirilməlidir. Qəfil yem dəyişikliyi etmək olmaz.
  2. Otlaq dövrünün əvvəlində yemləmə saatları tədricən artırılmalıdır
  3. Həddindən artıq şeh və don zamanı otlağa getməzdən əvvəl və sonra bir az quru ot və ya saman verilməlidir.
  4. Verilən yem nə olursa olsun kifli və üfunətli olmamasına diqqət göstərilməlidir.
  5. Doğuşdan dərhal sonra anaya soyuq su verilməməlidir.
Hamiləlik zəhərlənməsi

Əkiz quzu xəstəliyi kimi bilinən bu xəstəlik yemdəki enerji qaynağının kifayət etməməsinə görə yaranır. Xəstəlik iştahsızlıq, səndələyərək gediş, başı yana doğru əymək, yerə uzanmaq və sonda komaya girərək ölümlə nəticələnir. Qoyunlarda hamiləliyin son iki həftəsində özünü göstərən bu xəstəlik bir balası olan qoyunlarda yox, iki balalı qoyunlarda olur.

Yüksək məhsuldar qoyunların hamiləlik dövründə idarə edilməsi və bəslənməsi çox vacibdir. Qoyunların hamilə qalma qabiliyyətinin güclü olması üçün cütləşmə dövründə möhkəm bir bədənə sahib olmaları lazımdır. Ancaq hamiləliyin ilk üç ayında onların qidalanması azaldılmalı və son iki ayda yenidən artırılmalıdır. Müalicə müddətində qandakı şəkər səviyyəsi damardan qlikoza verilərək yüksəldilir. Heyvanlara yüksək enerjili yemlər verilməsi mütləqdir.

Süd qızdırması

Bu xəstəlik stress və aclıq vəziyyətində əsasən erkən laktasiya və ya hamiləliyin sonunda baş verir. Xəstəlik taxılın yüksək səviyyədə olduğu və ya həddindən artıq suvarılan çəmənliklərdə otlayan heyvanlarda yaranır. Süd vermə müddətində bədəndə kalsium çatışmazlığından meydana gələn süd qızdırmasında yemlə kifayət qədər kalsium ala bilmədiyi üçün heyvanlarda əsəb, lənglik və koma vəziyyəti olur. Müalicə zamanı damardan kalsium inyeksiyası edilir. Bu xəstəlikdən qorumaq üçün hamilə heyvanlar stressdən uzaq tutulur.

Çəmən tetanı

Süd vermənin ilk dövründə yaranan qoyun qidalanma xəstəliyidir. Qandakı maqneziumda ani bir azalma baş verir. Bu xəstəlik nəticəsində əsəbi olan qoyunlar tamamilə idarə etmədən çıxırlar.

Çiçək xəstəliyi

Çiçək xəstəliyi qoyunlarda olan ağır xəstəliklərdəndir. Bu yoluxucu xəstəlik zamanı yüksək tempratur və dərinin tüksüz yerlərində qabarcıqlar yaranır.

Xəstəlik necə yayılır?

Xəstə heyvanların çiçək yaralarından və öskürəklə ətrafa, yemliklərə, əşyalara yayılan mikrob ətrafı bulaşdırır. Yaxın təmasla yada təmizləyici vəsaitlərlə xəstəlik sağlam heyvanlara asanca keçir.

Xəstəliyin əlamətləri nələrdir?

Yüksək tempratur, titrəmə, burun axıntısı, tənəffüsün artması görülən ilk əlamətlərdir. Bu ləkələr daha sonra şişir, sərtləşir, maye içəriyə yığılır və saralıb qabığa çevrilir. Yetişdiricilər arasında buna qara çiçək deyilir. Qabıqlar təxminən bir həftə içində düşür, yerlərində açıq rəngli sağalan toxumalar qalır. Hamilə heyvanlar bu xəstəlik zamanı bala atır. Quzu və oğlaqlarda xəstəlik daha şiddətli olur.

Baxımı yaxşı olmayan sürülərdə, dar tövlələrdə, təmiz cinslərdə, cavan heyvanlarda çiçək xəstəliyindən ölüm nisbəti yüksəkdir. Xəstəlik 3 həftə davam edir. Yaxşı saxlanılan sürülərdə ölüm nisbəti 5%, quzularda və təmiz cinslərdə 50%-dır.

Necə müalicə edilir?

Xəstə heyvanları müalicə etmək mümkün deyil. Bu xəstəlikdən şübhə edildiyində xəstə və sağlam heyvanlar ayrı yerlərə aparılaraq dərhal baytar həkimlərə xəbər verilir.

Xəstəliyin yayılmasının qarşısı necə alınır?

Sürüyə yeni heyvan gətirildiyi zaman heyvan diqqətlə müayinə edilməlidir. Qoç qatılmadan əvvəl sürü aşılanmalıdır. Hamilə heyvanlara peyvənd edilmir. Həm də peyvənd heç vaxt xəstəliyin baş verdiyi sürüyə tətbiq edilmir.

Xəbər verilməsi mütləq bir xəstəlikdir. Peyvənd edildikdən 21 gün sonra immunitet yaranır və 8 ay davam edir. Sürüdə xəstəlik başlayanda xəstələr dərhal ayrılaraq yoluxma önlənməlidir.

Çiçəkli heyvanlar kəsilməməli, ət yeyilməməlidir. Dəridən və yundan dezinfeksiya edildikdən sonra istifadə edilməlidir.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!