Qoyunçuluq problemləri və həll yolları

qoyunçuluq agroexpert.az qoyunçuluqda problemler

Qoyunçuluq sahəsində problemlər var. İstər bizdə, istər digər ölkələrdə. Lakin yaxın qonşumuz olan Türkiyədə qoyunçuluqla bağlı yaranan problemlər elə bizdəkilərlə eynidir. Bəs onlar bununla bağlı nələr edirlər?

Türkiyə qoyun saxlama və qoyun sayına görə dünyanın ən öndə gələn ölkələrindən biridir. Amma bu sayın getdikcə azaldığı və bu sahədə problemlər yarandığı bildirilir.

Bu yazımızda sizlərə Türkiyədə qoyunçuluq təsərrüfatında yaranan problemləri və onların həll yollarını təqdim edəcəyik.

Ölkəmizdə də qoyunçuluqla bağlı ortaq problemlər mövcud olduğundan həmin problemlərin həll yolunu sizlərə çatdıracağıq.

  1. Qoyunçuluq otlaqla əlaqədar bir heyvandarlıq növü olduğu üçün çəmənlik sahələrin azalması bu təsərrüfat növünə öz mənfi təsirini göstərir. Buna səbəb bəzi otlaqlarda su problemi yaranması, bəzilərində isə keyfiyyətsiz ot örtüyü olmasıdır. Bunun qarşısını almaq üçün otlaqların yetişdirilməsinə diqqət yetirmək lazımdır.
  2. Qoyunların qış aylarında, otlağa getmədiyi dövrdə lazımi qədər quru otla təmin edilməməsi mənfi təsir göstərir. Beləki yem istehsalı kifayət qədər deyil. Bu isə qış aylarında da qoyunların otlaqlara aparılmasında, ot az olduğu üçün çox otarılsalar belə doymadıqlarına səbəb olur. Bunun nəticəsində isə qazanc aşağı düşür.
  3. Kənddən şəhərə yerləşmək. Əsasən gənc nəslin belə köçməyi və eyni zamanda yaşlı nəslin zəhmət tələb edən qoyunçuluq işini buraxması buna səbəb olan amillərdəndir.
  4. Qoyunçuluğun ən önəmli problemlərindən biri də bacarıqlı çoban tapılmamasıdır. Çobanın bacarıqlı olması, qoyunu və otlaqları yaxşı bilməyi çox önəmlidir. Bu həm qoyunların yemlənməyi üçün, həm də otlaqlar üçün çox vacibdir.
  5. Otlaqların ortaq istifadəsi də qoyunçuluq təsərrüfatına mənfi təsir edən səbəblərdəndir. Beləki parazit və bir çox yoluxucu heyvan xəstəlikləri bu cür yoluxur və sürüdə ölüm, azalmaya gətirib çıxarır. Bu xəstəliklərdən ən çox yayılanı “Brusella” döl salma xəstəliyidir. Buna görə yoluxucu xəstəliklərə qarşı aşıların vurulması və parazitlərə qarşı məşğul olan insanların məlumatlı olması əsasdır.
  6. Sözügedən təsərrüfatla məşğul olanların babalardan qalma köhnə üsullarla oyun saxlama və bəsləməkləri də öz təsirini göstərir. Buna görə fermaların yaxşılaşdırılması, saxlanılan yerlərin və yemlənmənin düzgün aparılması haqda məlumatlandırmaq mütləqdir.
agroexpert.az qoyun cinsi sirvan qoyun cinsi
7. Yüksək nəticə almaq üçün düzgün mələzləşdirmə aparmaq lazımdır. Bunun üçün bu sahə ilə məşğul olan şəxslər məlumatlandırılmalıdır.

8. Erkən quzu kəsimi çox ciddi problemlərdən biridir. Erkən quzu kəsiminin qarşısı alınmalı və həmin heyvanlar gələcəkdə damazlıq məqsədi ilə istifadə edilməlidir.

9. Yun qiymətləri olduqca ucuz olduğu üçün bu sahədə geriləmə var. Buna görə yunun keyfiyyətinə görə qiymətlər müəyyən edilməlidir.

10. Ölkəyə daha ucuz və daha keyfiyyətsiz məhsulların girişi də mənfi təsir göstərir. Bu isə ixracat və xarici bazarlarda rəqabət imkanını tamamilə yox edir.

11. Heyvan oğurluğu da bu sahəyə öz mənfi təsirini göstərən amillərdəndir. Bunu həm əhali olaraq, həm dövlət orqanları olaraq nəzarətdə saxlayıb aradan qaldırmaq lazımdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!