Qoyunçuluq yoxsa maldarlıq-hansı daha yaxşıdır?!
Söhbət kənd yerlərindəki insanımızdan gedirsə, şahid olduğum qədər, kəndlərdə heyvandarlığa müsaid yerlərdə həm iribuynuzlu, həm qoyun saxlayanlar çoxdur. Yəni ikisini bir yerdə saxlayan daha çox görmüşəm. Bizim kənddə hər qapıda 5-10 davar, 30-50 qoyun olardı. Belə olma səbəbini sosioloqlar araşdırsın. Bu məqalədə biz heyvandarlığa biznes kimi yatırım edənlər üçün bir təhlil aparacayıq. Qoyunçuluq yoxsa maldarlıq bu suala cavab axtaracayıq.
Təbii ki, inəklər böyük miqyasdır. Bir dana 500 kq-a yaxın olur, bir qoyun isə 40-50 kq. Böyük miqyaslı işlərdə isə:
- 100 inək 1000 qoyun qədər yeyir. Bu isə yemsatanlara sərf edir.
- 100 inək üçün əməlli başlı ferma layihələndirmək lazımdır. Bu isə prorablara sərfəlidir.
- 100 inək üçün sağım və digər avadanlıqlar ucuz deyil. Bu da texnika satanlara sərfəlidir.
Gördüyünüz kimi, maldarlıq fermerlərdən başqa hamıya sərfəli bir işdir. İndi siz bu fermada nə qədər süd sağmalısınız ki, sərmayəni çıxara biləsiniz? Mən bu yaxınlarda belə bir böyük fermada oldum, 53 holşteyn cins inəyin olduğu fermada gündə 23 heyvandan cəmi 180-250 litr süd sağılır. Bu da heç yem və işçilik puluna çatmaz. Təsəvvür edin, yarım milyon pul yatırdığınız biznes sizə ayda 1000-1500 Azn qazanc verir.
Bəs qoyunçuluğun üstünlükləri nələrdir?
- Ən aşağıdan başlasaq, inəklərin yerini təmizləmək daha qəliz prosesdir, nəinki qoyunların.
- Bir inək 10 qoyun qədər yeyir, amma buzov sutkada 1,5 kq artım verir, 10 quzu isə dəfələrlə çox.
- Öküzü il yarıma kəsirik, qoyun isə 6 aylığında kəsimə gedə bilər.
- Satışda da inək nisbətən daha çətin satılır.
- Qoyunun həzm sistemi inəkdən üstündür. Məsələn, qoyun qarğıdalını bütöv yeyə bilir, mal-qaranın isə bununla bağlı problemləri var.
- Qoyun dərisi qışda istini daha çox saxlayır. Həm də qoyun tükü ayrıca gəlir gətirən sahədir.
- Qoyunlarda parazitlərlə mübarizə asandır, ildə 2 iynə kifayətdir.
- Qoyunçuluqda quzu əldə etmə çətin prosesdir.
Bütün bunlara baxmayaraq inəklərlə qoyunları qarşı-qarşıya qoymaq düz deyil. Bu atalar sözünü eşitmisiniz: Qoyuna pul qoy oyuna düş?! Qoyunun xüsusi cinsləri ilə məşğul olanları da gördük, mal qaranın da. Bu işlərdə otlağı, yemi həll edən qazanır. Nəticə olaraq bunu demək olar ki, heyvandalar qoyunçuluğa daha meyllidir. Düzdür Azərbaycanda otlaq sahələr problemi var. Maldarlıqla məşğul olanlar isə məcburdur ki, əlavə əkin sahələrində buğda, arpa, yonca əksinlər.
Sonda qeyd edək ki, hər iki biznesdə ən əsas məsələ YEM və İŞÇİLİKDİR. Bu ikisini həll edən istər qoyun istər inək biznesindən yaxşı qazana bilər.
Əlbətdə Qoyunçuluq yoxsa maldarlıq sualına cavab kimi bu məqalə tam müqayisəli təhlil ola bilməz. Fikir, rəy və təkliflərinizi comment bölümündə bildirsəniz məqaləni daha təkmil hala gətirərik. Biz də çalışacayıq məqaləmizi fermer və mütəxəssislərin rəyləri ilə daha profesional hala gətirək…
Heyvandarlıq haqqında digər məqalələrlə bu bölümdə tanış ola bilərsiniz.