Qoyunçuluq

Azərbaycanda qoyunçuluq qədim zamanlardan inkişaf edir. Qoyunçuluq gəlirli sahə olduğuna görə və az zəhmət tələb etdiyinə görə ölkəmizin bütün bölgələrində yetişdirilir. 

Qoyun əti yüksək kaloriyə malik olduğuna görə əhali arasında qoyun əti çox həvəslə yeyilir. Onun piyindən və südündən ərzaq məhsulu kimi istifadə olunur. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullarda əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliyinə görə kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yer tutur. Image result for sheep

Qoyunçuluq məhsulları içərisində yun xüsusi əhəmiyyət kəsb edir. Yunun yüksək fiziki-mexaniki və texnoloji xassələri ilə əlaqədar olaraq ondan çox qiymətli parçalar, gəbə və xalça məmulatları, trikotaj malları, keçə, xurcun, farmaş və gigiyeniki cəhətcə dəyərli yorğan-döşək hazırlanır.
Qoyun südü başqa kənd təsərrüfat heyvanlarından alınan südə nisbətən tərkibi qidalı maddələrlə daha zəngindir. Qoyun südündən yüksək qidalıq dəyərinə malik olan pendirlər hazırlanır.
Qoyunların bioloji xüsusiyyətlərindən biri də onların tez yetişkən olmalarıdır. Onlar artıq 5-6 aylıq yaşda cinsi həvəsə meyl etməklə, artıb-çoxalmağa qabil olurlar. Lakin bu yaşda onları ilk cütləşməyə buraxmaq olmaz. Qoyunların ilk cütləşməyə yararlı yaş həddi 12-15 aylıq yaş dövrüdür.

Qoyun cinsləri zooloji və istehsalat prinsipi üzrə təsnifata ayrılırlar.

1. Zərif yunlu cinslər-alınan məhsulun xarakterinə görə bunlar üç qrupa: yunluq, yunluq-ətlik və ətlik-yunluq qrupuna bölünürlər.

I. Yunluq qrupuna sovet merinosu, stavropol, Azərbaycan dağ merinosu və s. qoyun cinsləri aid edirlər. Bu qrupa 1kq diri çəkiyə 50-60 qram təmiz yun düşür.
Azərbaycan dağ merinosu-Azərbaycan respublikasınınGədəbəy və Şəmkir rayonlarının təsərrüfatlarında professor F.A.Məlikov, M.Q.Sadıqov və başqalarının iştirakı ilə 1947 ildə yaradılmışdır. Bunun üçün bura köçüb gəlmiş insanların gətirdikləri yerli, az məhsuldar zərif yunlu merinoslar askaniya cinsi ilə çarpazlaşdırılmış və uzun illər seçmə-taylaşdırılma aparılmaqla dağ şəraitinə yaxşı uyğunlaşam bu cis yaradılmışdır. Ana qoyunlardan 4-5 kq, qoçlardan 8-10 kq çox zərif merinos yunu alınır.

II. Yunluq-ətlik zərif yunlu cinslər-bura askaniya, qafqaz, altay və s. cinslər aiddirlər. Bu qrup qoyunlarda hər 1kq diri çəkiyə 40-50 qram təmiz yun lifi düşür.
Qafqaz cinsi- stavropol ölkəsində 1936-ildə yerli yeniqafqaz qoyunları amerika rambulyesi və askaniya cinsi ilə çarpazlaşdırılma nəticəsində yaradılmışdır. Ana qoyundan 5-6, qoçdan 7-8 kq yun alınır. Hər 100 baş doğar qoyundan 130-140 quzu alınır. Respublikamızda da yetişdirilir.

III. Ətlik-yunluq zərif yunlu cinslər – bu qrupa prekos, kazax, gürcüstan yağlı quyruq və Vyatsk cinsləri daxildir. Bu cinslərdə hər 1kq diri çəkiyə 30-30 qram təmiz yun lifi düşür.
Prekos cinsi- prekos sözü fransa sözü olub, tezyetişən deməkdir. Bu cins XIX-əsrin sonunda Fransada rambulye qoyunlarını ingilis uzunyunlu Leyster cinsi ilə çarpazlaşdırmadan yaradılmışdır. Cins buynuzsuz olub, dəridə qırışlar az olur. Ana qoyundan 3,5-4,0 kq , qoçdan 4,5-5,0 kq zərif yun qırxılır. Respublikamızda bu cins yayılmışdır.

Qarabağ və Qaradolaq qoyunları Azərbaycanda çox qədim zamanlardan yetişdirilir. Bu qoyunlar başqa növ heyvanlara nisbətən sutkada 18-20 km yol qət edə bilir, yerli şəraitə çox tez uyğunlaşır, isti quru havaya davamlıdır. Quyruqlarında toplanan piy hesabına yem qıtlığına dözümlüdürlər. Yem çatmadıqda quyruq piyindən istifadə etməklə, orqanizmanı aclıqdan qoruyurlar. Bir sıra xəstəliklərə davamlı olmaqla vərəm xəstəliyinə tutulmurlar. Lakin brüselyoz, qoturluq, çiçək və mastitlə tez-tez xəstələnirlər. Qoyunlar nəm və bataqlıq yerdə özlərini tez-tez yaxşı hiss etmir, arıqlayır, məhsuldarlığı aşağı düşür.

Qarabağ və Qaradolaq qoyunları çox bala verir, ekiz doğmaya tez-tez təsadüf olunur, hər 100 baş doğar qoyundan orta hesabla 120-130 baş quzu alınır.
Bu qoyunlar 12-14 il yaşayır, lakin təsərrüfatlarda onlardan 6-8 il istifadə etmək daha səmərəlidir. Çünki bu dövrdə onlar maksimum məhsul vermə qabiliyyətinə malik olurlar. Sürü şəraitində saxlandıqda daha yaxşı məhsul almaq olur.. Havanın dəyişməsinə çox həssasdırlar. Boğazlıq müddəti 5-ay çəkməklə quzu anadan 4-5 aylıq yaşda ayrılır. Cinsi həvəs onlarda ilin ikinci yarısında başlayır.
Qoyun yunu- müəyyən fiziki-mexaniki və texnoloji xassəyə malik daranma, boyanma, əyrilmə və keçələşmə qabiliyyətinə malik olub, toxuculuq sənayesində istehlak malları istehsalıüçün yarayan məməli heyvanların tük örtüyü yun adlanır. Qoyun yunu bir sıra dəyərli xüsusiyyətləri ilə başqa toxuculuq liflərindən (pambıq, kənaf, kətan, cut, kəndir və s.) ciddi şəkildə fərqlənir. Qoyun yunu yüksək elastiklik, hiqroskopiklik (nəmliyi udma və buxarlandırma qabiliyyətinə malik) və mütəhərrikliyə malikdir. Pis yanır, elektriki keçirmir, səsi çox zəif keçirir. Boyağı yaxşı götürməklə, onu uzun müddət özündə saxlayır.

Eyni naziklikdə metal və yundan hazırlanan sapdan yük asdıqda yun sap daha möhkəmdir. Istiliyi pis keçirir, islandıqda öz-özünə isinir. Keçələşməyə yalnız yun məruz qalır.Yundan yüksək keyfiyyətli mahud parçalar, keçə məmulatı, fetra şinel,valinkalar, baş geyimləri hazırlanır.
Qarabağ və Qaradolaq qoyunları qaba yunludur.
Yunun rəngi- açıq-boz, ağ və müxtəlif rəngdə yuna rast gəlinir. Ən keyfiyyətli yun ağ rəngli yundur. Belə yunu bütün rənglərə boyamaq olur.

Qoyunçuluq hər zaman prespektivli peşədir və belə də qalacaq. Dünya əhalisinin ətə tələbatı getdikcə artır.

Mənbə. http://www.agro.gov.az/

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669