Qoyunçuluqda hansı sərfəlidir: südlük ya ətlik qoyunçuluq?

agroexpert.az qoyunçuluq ətlik ya südlük
Südlük ya ətlik qoyunçuluq?

Keçən yazılarımızda ümumi heyvandarlıqda südlük ya ətlik heyvandarlıq seçimlərindən hansının daha əlverişli və qazanclı olduğunu ətraflı sizlərə çatdırmışdıq. Bu yazımızda isə sırf qoyunçuluqla məşğul olan fermerlərimizə faydalı olacaq məlumatları bölüşəcəyik.

Qoyun ilk əhilləşdirilən təsərrüfat heyvanlarındandır. Araşdırmalara görə ilk dəfə qoyun yaxın şərqdə, eləcə də Aralıq dənizinin şimal şərqində əhilləşdirilib.

Dünyada təqribən 1.2 milyard başa yaxın qoyun saxlanılır. Bu qoyunlardan 6.1 milyon ton ət, 8.6 milyon litr süd alınır. Bu məhsul miqdarı ümumdünya ət və süd istehsalının 4% və 2%-ni əhatə edir. Türkiyə, eləcə Azərbaycanda da qoyun südü, qoyun südündən hazırlanan pendir və qatıq kimi məhsullar digər növlərin eyni məhsullarından daha çox istehlak edilir. Yəni pendir kimi istehsal olunan məhsullardan ən çox yeyilən məhz qoyun südündən hazırlananlardır.

Dünyada 200-dən çox qoyun növü var. Bunlar xüsusiyyətlərinə görə 3 yerə bölünüblər:

  1. Yununa görə
  2. Faydalılıq istiqamətinə görə
  3. Quyruqlarının formasına görə
Qoyunçuluqda hansı sərfəlidir: südlük ya ətlik qoyunçuluq?

Bunu qoyun yetişdirərkən əvvəldən qərarlaşdırmaq mütləqdir. Faydasına və təlabata görə, biznesi quracağınız yerdə əvvəlcədən araşdırma aparmaq lazımdır.

Qoyunlar müxtəlif növlərə bölünür. Bunlar südlük qoyun növləri, ətlik qoyun növləri və qarışıq qoyun növləridir.

Adından da məlum olduğu kimi südlük qoyun növlərinin süd vermək qabiliyyəti çox yüksək olur. Südlük qoyun növlərinin saxlanılması qoyun südünü və qoyun südündən hazırlanan məhsullara olan təlabatı qarşılamağa xidmət edir. Bu qoyun cinsinin süd verimliliyi yüksək olduğu kimi, süd keyfiyyətləri də yaxşı olur.

Ətlik qoyun növlərinin ət vermək qabiliyyəti yüksəkdir. Ətlik qoyunlar çox yemlənsələr də yemi sadəcə böyüməklərinə təsir edir. Bu təsərrüfatla məşğul olan fermerlər ət tələbatı olan müəssisələrlə əməkdaşlıq apara bilərlər.

Qarışıq qoyun növləri həm süd, həm ət vermək qabiliyyəti olan növlərdir. Lakin bu verimlilik bir südlük və ya ətlik növ qədər olmur.

Qeyd etmək lazımdır ki, yuxarıda sadaladığımız hər üç növ bir çox qoyun cinslərini özündə birləşdirir.

Xırdabuynuzlu heyvanlar haqqında digər məqalələr…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669