Qoyunlarda qızma

Qoyunçuluqla məşğul isəniz bəzi nüansları yaxşı bilməlisiniz. Məsələn, heyvanların bala verimi üçün bir-sıra texniki detallar önəmlidir. Başda buraxılan səhvlər sonradan aşağı bala veriminə, zəif quzuya, ölü doğuşa səbəb olur. Belə vacib məsələlərdən biri də qoyunlarda qızma (qızışma) prosesidir.

Qoyunlarda qızma mövsümə görə dəyişir. Adətən 25-35 saat davam edir və 14-19 gündə bir təkrarlanır. Ona görə sürüyə qoç qatacaqsınızsa ən azı 30-40 gün sürüdə qalması faydalı olacaqdır. Sürüyə qoç qatarkən qoyunlarda qızma baş verib-vermədyi nəzarətdə saxlanmalıdır. Qızma səhər çox olur, günorta azalır, axşam isə zəif olur.

Neçə qoyuna neçə qoç lazımdır?! agroexpert.az qoyunlarda qızma

Qoyun başına düşən qoç sayı cinsə, bölgəyə görə dəyişir. Ümumən götürəndə ideal olan 20 qoyuna 1 qoç olmasıdır. Qoyunlarda boğaz qalma nisbəti 80-90%-dir. Cins heyvanlarda əkiz qalma faizi yüksəkdir, yerli heyvanlarda isə 10-15%-dir.

Qoyunlarda qızma əlamətləri

Qoyunlar adətən həddən çox mələyərək erkək qoyunların yanına soxularaq qızmalarını bəlli edərlər. Qoyunlarda qızma dönəmində bir-birinin üzərinə atlamaq kimi davranışlar baş verir. Tez-tez idrara çıxırlar.

Sürü iynəsi

Qoyunlara bala verimi ilə əlaqəli hormonlar xaricdən də verilərək qoç istəyi təmin edilə bilinir. Bu sayədə qoyunlarınız eyni zamanda gəbə qala bilər və daha tez balalaya bilər. Sürü iynəsi metodu ilə qoyunların quzulama aralığı azaldıla bilər. Məsələn 2 ildə 3 dəfə bala əldə etmək olar. Bu şəkildə baxım, bəsləmə, faydalı iş əmsalı kimi faktorlardan yüksək effekt əldə etmək mümkündür. Həmçinin bu sayədə süddən ayırma, bəsləmə üçün eyni yaş və diri çəkidə çoxlu quzu əldə etmək olar. Təbii ki, eyni yaş və eyni çəkili quzuları böyütmək, yemləmək daha rahat və asan olacaqdır. Satış nöqteyi-nəzərdən də çox əlverişlidir. Eyni ölçülü quzuları topdan satmaq daha sərfəli olacaq. Həm də quzuları tam quzu ətinə ehtiyac olan dövrə görə planlayıb böyütmək mümkündür.

Bir digər önəmli xüsus da damazlıq qoçlara yaxşı qulluq edilməsidir. Damazlıq qoçdan yaxşı verim əldə edə bilmək üçün məsələn aşağıdakı rasionu tətbiq edə bilərsiniz:

  • Gündə 1 kq yulaf
  • Hərgün biraz göyərti
  • Yetəri qədər hərəkət
  • QırxılmalıSəhər yemdən əvvəl təzə yumurta yedirtmək.

Bir digər məqaləmizdə süngərləmə metodu ilə qoyunların bala veriminin necə artırılması barədə ətraflı yazmışıq.

 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика