Qoyunların sinifləşdirilməsi

Qoyunçuluq heyvandarlığın önəmli sahəsidir. Ölkəmizdə 35dən çox damazlıq qoyunçuluq təsərrüfatı mövcuddur. Respublikamızda Mil–Qarabağ, Balbas, Mazex, Bozax, Şirvan, Gödək, Ləzgi, Caro, Yeni Abşeron, Azərbaycan dağ merinosu qoyun cinsləri qorunub saxlanmaqdadır.

Qarabağ qoyunu Mil–Qarabağ, Ləzgi qoyunu Şəki–Zaqatala, Bozax qoyunu Gəncə–Qazax, Şirvan qoyunu Kür–Araz və Abşeron, Gödək qoyunu Quba–Xaçmaz, Caro qoyunu Lənkəran, Herik qoyunu Şəki–Zakatala bölgəsində, Mazex və Balbas qoyunu Naxçıvan Muxtar Respublikasında yayılmışdır. Respublikada yetişdirilən qoyunların 30%i Aran iqtisadi rayonundadır.

2011–ci ildə iki qoyun cinsi: Abşeron və Mil–Qarabağ qoyun cinsləri, 2018-ci ildə isə Pirəsoran qoyun cinsi təsdiq edilmişdir.

Hələ 1947-ci ildə məqsədə uyğun seçmə, taylaşdırma, yüksək keyfiyyətli qoçlarla ana qoyunların süni mayalandırılması, cavan heyvanların istiqamətli bəslənməsi qoyunların zootexniki tələblərə uyğun olaraq yemləndirilib saxlanması nəticəsində zərif yunlu Azərbaycan dağ merinosu cinsi yaradılmışdır. Bu cinsin yaradılmasında akademik F. Məlikov və M. Sadıqovun müstəsna rolu olmuşdu.

qoyunların sinifleşdirilməsi- qoyunların cinsləri

Uzun illər ərzində yüksək ətlik keyfiyyəti ilə seçilən QaradolaqCaro qoyunlarının, xalçaçılıq sənayesi üçün qiymətli xammal mənbəyi olan Balbas qoyunlarının sayının artırılması və məhsuldarlıq keyfiyyətinin təkmilləşdirmək sahəsində xeyli işlər görülmüşdür.

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən müxtəlif qoyun cinsləri əsasən yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə edilmişdir.

Keçmişdə sürülərin tərkibini qaba yunlu bozax, qarabağ, ləzgi, mazex, şirvan və s. qoyun cinsləri təşkil edirdi. Lakin qeyd etmək lazımdır ki, sonralar sovet dövründə təsərrüfatlarda zərif və yarım zərif yunlu (mələz) qoyun cinsləri çoxluq təşkil etməyə başladı. Sovet hakimiyyəti dağıldıqdan sonra isə zərif və yarım zərif yunlu qoyunların sayı azalmağa başladı. Bildiyimiz kimi ölkəmizin qoyunçuluqla məşqul olan təsərrüfatlarında süni mayalanma işi yaratmaz təşkil edildiyi üçün sürülərdə təmiz qanlı qoyunların faizi çox azdır.

Qoyunçuluqda sürünün geniş təkrar istehsalı məsələləri böyük iqtisadi əhəmiyyətə malikdir. Sürülərin artırılması və tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsulunun tətbiqi günün vacib məsələlərindən biridir. Süni mayalanma yolxucu (infeksiyon) xəstəliklərin yayılmasının qarşısını alır, ana qoyunların qısırlıq faizini azaldır. Qoyunların mayalanma müddəti isə mühüm amildir.

Süni mayalanma ilə yanaşı qoyunçuluğu inkişaf etdirmək üçün əsasən heyvanların yemləndirilməsini, bəslənməsini, saxlanmasını daha yaxşı təşkil etmək mühüm şərtdir. Bundan başqa qoyunçuluqda sleksiya-seçmə üsulundan da geniş istifadə etmək lazımdır. Hər il sürülərdən qoca, az məhsuldar, anormal eksteryer qurluşuna malik olan qoyunlar çıxdaş edilərək ətliyə verilməlidir. Dövlət və kəndli-fermer təsərrüfatlarında sürülər yaş qurupları üzrə təşkil olunmalıdır.

Qoyunların sinifləşdirilməsi

Cinsindən, damazlıq kefiyyətindən və istifadəsindən aslı olaraq qoyunlar

  • təmiz qanlılar və mələzlər;
  • damazlıq ;
  • istifadəlik  qruplarına ayrılır.

Təmiz qanlı qoyunlar hər hansı müəyyən bir cinsə xas olan eksteryer və məhsuldarlığa malik olmalıdır. Bunlar:

a) damazlıq kitaba təmiz qanlı kimi yazılmış və eyni cinsə aid valideyinlərdən əmələ gələn;

b) eyni cinsə mənsub olan valideyinlərdən əmələ gələn və təmiz qanlı olması sənədlərlə təsdiq olan (damazlıq şəadətnaməsi) və damazlıq vərəqəsi;

c) müxtəlif, lakin bir-birinə yaxın olan cinslərə mənsub olan valideyinlərdən (məsələn, Azərbaycan dağ merinosu və Askanya merinosu) əmələ gələn qoyunlar aiddir.

Təmiz qanlılara qan doyurma çarpazlaşdırma növündən alınan heyvanlar da aid edilə bilər, bu şərtlə ki, onlar yaxşılaşdırıcı cinsin birinci sinfinin tələbini ödəsin. Mələz heyvanlara təmiz qanlı heyvanlardan edilən tələbləri ödəməyən və müxtəlif cinslərin çarpazlaşdırılmasından alınan heyvanlar aid edilir.

Damazlıq heyvanlara
  • kifayət qədər yüksək məhsuldarlığa görə seçilən,
  • adətən həmin cinsin birinci sinfinin tələbini ödəyən,
  • öz xeyirli təsərrüfat əlamətlərini nəslə yaxşı keçirmək qabiliyyətinə malik olan,
  • təsərrüfatda bəslənmə,
  • satış üçün istifadə olunan təmiz qanlı qoyunlar daxildir.

Yüksək məhsuldar mələz heyvanlar əgər arzu olunan tipin tələblərinə uyğun gəlirsə və öz əlamətlərini nəslə verə bilrisə damazlığa aid edilə bilər. Damazlıq qoyunlar damazlıq təsərrüfatlarda və fermalarda yetişdirilir.

İstifadəlik qrup heyvanlara qalan bütün təmiz qanlılar həm də birinci, iknci, üçüncü bonitrə sinfinin tələblərinə cavab verən mələz heyvanlar daxildir.

Xırdabuynuzlu heyvanlar haqqında daha ətraflı məlumat üçün bu bölməyə baxa bilərsiniz…

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика