Qoyunu necə və nə vaxt qırxmaq lazımdır? – Vacib məsləhətlər

qoyun qırxımı agroexpert.az

Yay fəslinin gəlməsi kiçikbaşlı heyvandarlıqla məşğul olanların əziyyətlərinin artması deməkdir. Çünki qoyunları isti yay günlərində qırxmaq o qədər də asan deyil. Texnologiyanın inkişaf etməsi bu sahəyə də öz müsbət təsirini edib. Qayçı ilə uzun vaxt tələb edən yun qırxımı yeni aparatlar ilə artıq daha az vaxta edilir. İyirmi başdan çox qoyun saxlayan şəxslər mütləq həmin aparatlardan əldə etməli və bu asan olmayan işi daha rahat həll etməlidir.

Bu yazımızda sizlərlə qoyun qırxma prosesinin fəndləri, qırxma əməliyyatı üçün lazım olan zaman, doğru alətin xüsusiyyəti və necə seçiləcəyi haqqında məlumat verəcəyik.

Qoyun qırxma vaxtının müəyyən edilməsi

Məlum olduğu kimi müəyyən vaxtlarda mal-qaralara bəzi parazit peyvəndləri edilir. Həmçinin müəyyən vaxtlarda qoyunlar gənə kimi zərərli heyvanlardan təmizləmək üçün dərmanlanır. Ancaq bunların arasında çox vacib olduğu düşünülən başqa bir məsələ heyvanların qırxımıdır. Xüsusilə yay aylarında bu məsələ qoyunlarımızın daha sağlam inkişaf etməsi üçün çox vacibdir.

Əvvəlki illərdə bu proses çox əziyyətli idi. Ümumiyyətlə kəndlərdə iməcilik edilərək bütün kəndlilərin qoyun və keçiləri qırxılırdı. Ciddi zəhmət tələb edən və həqiqətən çox vaxt aparan qoyun qırxımı, təəssüf ki, keçmişdə əl qayçısı ilə t həyata keçirilirdi. Hazırda 15-20 qoyun və keçi olan sahibkarlar da qırxmaq üçün bu üsuldan istifadəyə üstünlük verirlər. Az sayda qoyun-keçisi olanlar qırxma aparatına pul xərcləmək istəmirlər. Lakin qoyun qırxımında sərf olunan vaxta görə maşın seçimi vacibdir.

Qoyunları qışda qırxmaq olduqca məntiqsiz və qoyunların sağlamlığı üçün zərərlidir. Ən uyğun qırxım vaxtı yayda- 15 iyundan sonrakı on günlükdür. Beləliklə qoyunların yunu qışa qədər yenidən uzanacaq və özünü qışa hazırlamış olacaq.

qoyun qırxımı agroexpert.az
Düzgün aparatı seçərkən bunlara diqqət

Qoyun qırxma vaxtını təyin etdikdən sonra düzgün aləti seçmək də çox vacibdir. Çünki səhv bir aparatı ucuza alsanız 40 qoyundan sonra xarab olub əlinizdə qalacaq. İsti yay aylarında davamlı olaraq işlədiyi üçün motorlu qırxma aparatında mütləq ventilyasiya soyutma sistemli olması məsləhətlidir. Sözügedən xüsusiyyətli alətlər bahalı alətlər olsa da, 300 baş qoyu sürünüz varsa sizin üçün çox uyğun və dözümlüdür. Ancaq 50-100 baş arası qoyununuz varsa daha sadə quruluşlu nisbətən ucuz aparatlarda işinizə yarayacaq.

Qoyun qırxımında nələrə diqqət etmək lazımdır?

Doğru zaman ilə doğru kəsmə aparatı birlikdə təmin etdikdən sonra artıq qoyunları qırxmaq olar. Qoyun qırxımını avtomat maşınla edənlər çox diqqətli olmalıdırlar. Belə ki,aparatla ilə heyvanın yununu kəsərkən qoyunların dərisinə çox ciddi şəkildə zərər verə bilərsiniz. Əliniz uyğunlaşana qədər birdən çox heyvanın dərisini kəsəcəksiniz. Bunu ən aşağı sayda etmək üçün:

  1. Qoyun qırxımına başlamadan əvvəl heyvanın ayaqlarını qurbanlıq şəkildə bağlayın və yatdırın.
  2. Qırxıma heyvanın boynundan başlayın.
  3. Aparatın gəzdiyi yeri möhkəm tutun.
  4. Aparatın dişlərini ara bir mazut olan qabda təmizləyin.

Bunlara diqqət edilərsə ən az itki ilə heyvanı qırxmaq mümkündür.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669