Qoz yağının faydaları və istifadə qaydası
Qozkimilər ailəsinin juglans (ceviz) cinsindən olan qoz, aromatik qoxulu bir meyvədir. Hər iqlim tipinə uyğun olaraq yetişdirilən qoz ağacının meyvəsindən soyuq və ya isti presləmə üsulu ilə yağ əldə edilir. Qoz yağı, istehlakı yüksək bitki mənşəli bir yağdır. Dəri və saç üçün, yemək və salatlara qədər geniş istifadə edilir. Omega 3 turşuları sayəsində immunitet sistemi, ürək və damar sağlamlığını qorumaqda mühüm funksiyalara malikdir.

Qoz yağı haralarda istifadə edilir?
Qoz yağı, ən geniş yayılan dəri sağlamlığını qorumaq üçün istifadə olunan yağlardan biridir. 17-ci əsrdən bəri dəri qırışlarına qarşı qoz yağı istifadə edilir. Daşıdığı zülallar və kalium sayəsində saçları gücləndirib canlı görünməsini təmin edir.
Dəri və sağlamlıq baxımından yeməklərdə , salatlarda və souslarda da qoz yağı istifadə edilir. Dominant bir dadı olduğu üçün yeməyin dadını boğmamaq üçün istifadəsində diqqətli olmaq lazımdır.
Qoz yağının faydaları nələrdir?
-Qanı təmizləmə xüsusiyyətinə əlavə olaraq qanaxma hallarıda kapilyarları sıxaraq qanaxmanın qarşısını alır.
-Tərkibindəki turşular sayəsində diabet xəstələri üçün faydalıdır.
-Masaj yağı olaraq istifadə edilən qoz yağı, revmatizma xəstəliklərinə yaxşı təsir edir.
-Köklüyə qarşı, arıqlama və iştah kəsməyə köməkçi olur.
-Daşıdığı arjinin (amin turşu) sayəsində hipertoniyanın qarşısını alır.
-Qandakı triqliserid və xolesterin səviyyəsini aşağı salır.
-Ağız, diş və diş əti xəstəliklərinə qarşı qarqara olaraq istifadə edilir.
-Dərinin qaralmasını asanlaşdıran təsiri var
-Ereksiya problemlərinə qarşı qoz yağı həll yolu sayıla bilər, cinsi istəyi artırır.
-Hormon tarazlıqlarını təmin etməyə köməkçi olur.
Qoz yağı necə istifadə edilir?
Qoz yağı dəriyə birbaşa tətbiq olunur. Tez-tez istifadə ediləcəyi hallarda isə bir stəkan suya 5-6 damcı qoz yağı damızdıraraq az-az istifadə edilməlidir. Bədən sağlamlığı və müqaviməti artırmaq üçün 3-4 damcı qoz yağının yemək, salat və souslarda istifadəsi yetərlidir. Saç və kirpiklərə qoz yağı yaxaraq sağlam və parlaq saçlara sahib ola bilərsiniz.
Döyənək, göbələk və ekzema xəstəliklərinə qarşı kompres edərək bu xəstəliklərin təsiri azaldılır.
Qeyd: Qoz, allergik bir maddə olduğu üçün qoz yağı müalicə məqsədindən çox, bitki mənşəli dəstək olaraq istifadə edilməlidir. Gözlənilməyən bir təsir ilə qarşılaşdıqda mütləq həkimə müraciət edilməlidir.