Qrip üçün faydalı meyvələr

Xüsusilə havaların soyuması ilə müşayiət olunan qrip, insanların həyatına mənfi istiqamətdə təsir göstərir. Qripə yoluxmamaq üçün istifadə edilən qidalara üstünlük vermək lazımdır.  Bəs qrip üçün faydalı olan meyvələr hansılardır?

meyvələr

Qrip xəstəliyinə tutulanlar tez sağalmaq üçün qidasına daha çox diqqət etməlidir. Qripi tez sağaltmaq, ya da qarşısını almaq üçün bəzi meyvələri kifayət miqdarda istehlak etmək faydalı olacaqdır.

Qrip nədir?

Qrip, daim dəyişən A və B viruslarının səbəb olduğu yoluxucu nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Qrip, yazın əvvəllərində və qışda daha tez-tez yoluxulur. Xəstəlik prosesində virus üst və alt tənəffüs yollarına hücum edir.

Qrip üçün faydalı meyvələr

Çiyələk: C vitamini baxımından zəngin qida mənbələrinin başında gələn çiyələk soyuqdəymə və qrip xəstəliyinə qarşı da müalicə edici xüsusiyyəti vardır. Xəstəliklərə səbəb olan bakteriyalara qarşı təsirli antioksidantdır.

Portağal: C vitamini baxımından olduqca zəngindir.İmmunitet sistemimizi gücləndirərək xəstəliklərə qarşı qoruyur. Portağal tərkibindəki A, B1, B2, P vitaminləri, kalium, kalsium və maqnezium baxımından da zəngindir.

Kivi: Bir ədəd kivi gündəlik C vitamini ehtiyacını ödəməyə bəs edir. C vitamini xaricində A, B1, B2 vitaminləri, fosfor, kalsium, dəmir vəzülal daxildir. Qrip və soyuqdəymə kimi qış xəstəliklərinə yaxşı təsir edir.

Qreypfrut:Suyunda antioksidantlar var və bunlar damarları gücləndirir. Bunun sayəsində ürəyin zərər görməsinə mane olur.  A, C və E vitamini olur.

Naringi: Zəngin C vitamini məzmunu, soyuqdəyməyə və qripə qarşı müdafiə sistemimizi gücləndirir.

Alma: Bir çox rayonlarımızda becərilən alma baş ağrısına yaxşı təsir edir, qan şəkərini salır. Tərkibindəki zəngin vitaminlərlə də xəstəliklərə qarşı qoruyucu təsiri vardır.

Nar: Antioksidant tutumu zəngin olan nar əhəmiyyətli miqdarda da kalium, A, C,B2 vitamini və niasin ehtiva edir. Bunun sayəsində immunitet sistemimizi gücləndirərək bədənimizi xəstəliklərə qarşı qoruyur.

Qripə yoluxduqda xəstəliyin müddətini azaltmaq üçün sarımsaqlı qrip şorbası hazırlayaraq için. Bu faydalı şorbanın reseptiylə buradan tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!