Qu quşlarının növləri, saxlanılması və qidalanması
Qu quşları bir çox nağıla mövzu olmuş, bəyazlığı, gözəlliyi və boyunları ilə tanınan ördək fəsiləsinə aid quş növləridir.
Qu quşları əsasən ağ olsalar da, fərqli ərazilərdən bu quşun başqa növlərini görmək mümkündür.

Bu məqaləmizdə sizə qu quşları haqqında bəzi maraqlı məlumatları verəcəyik. Məsələn, Qu quşları başlarını irəli uzadıb uçurlar və uçuş zamanı çox xoş bir səs çıxarırlar.
Qidalanmaları
Evcil qu quşları daha çox çörək və digər yemlər ilə qidalanırlar. Vəhşi qu quşları isə qurbağalar, böcəklər və bitkilərlə qidalanır. Qu öz balalarını kürəyində və qanadları altında daşıyır. Bu böyük quşlar gölməçələrdə və şirin sularda yaşayır.
Qu quşlarında çoxalma
Dişi quş ildə 5 ilə 10 arasında yumurta qoyur və 6 həftə kürd yatır.
Dişi qidalanmağa qalxdıqda, erkək qu quşu onu əvəz edir və beləcə heç kimi yuvaya yaxınlaşdırmırlar.Yumurtadan çıxan balaları analar bir gün boyunca qurudurlar.
Sonra analarının kürəyində və qanadları altında yaşamağa başlayırlar. Qu quşları 4 aydan sonra uça bilərlər, Bəzi insanlar onları bəzək məqsədləridə istifadə edirlər. Çox təssüf ki, bu insanlar uça bilməmələri üçün quşların qanadlarının bir hissəsini qırırlar.
Kişi və qadın qu quşları biri-birlərinə çox sadiqdirlər və ölənə qədər bir-birlərindən ayrılmırlar.
Qu növləri
Bir çox fərqli coğrafiyada yaşayan qu quşlarının dişiləri və erkəkləri görünüşcə biri-birilərinə bənzəyirlər.
Səssiz qu növü
Qanadları açıldıqda ölçüləri 2 metrə çatan bu böyük qu quşları Avrasiyada yaşayırlar.
Qara qu növü

Avstraliya və Yeni Zelandiyada nəsli kəsilən və yenidən nəsli artırılmağa çalışan bu quş növləri qara və qəhvəyi rəngləri ilə ağlardan fərqlənirlər.
Ötücü qu quşları
Avrasiyada yaşayan bu qu quşu növlərinin kvadrat başı olur. Dimdikləri qara və sarı rənglər arasında fərqli tonlarda ola bilər. Onlar Finlandiyanın milli quşu kimi tanınır və qaz səsinə bənzəyən səslər çıxarırlar.
Qara boyunlu qu quşları
Adından da göründüyü kimi, bu qaranquşların qara boyunları var. Onlar daha çox Çili və Patagoniya bölgələrində yaşayırlar.
Qu quşlarının uçuş texnikaları
Qu quşları uça bilirlər, amma digər quşlar qədər yüksək deyil. Böyük olan qular yüksək və uğurlu uçuşlar edə bilmirlər, çünki gövdələri yüngül deyil və qanadları çox da böyük deyil.