Qurban kəsməyin faydası nədir?

21 avqust axşamı Qurban Bayramı başlayır. Və bayram 23-dək davam edəcək. Bu bayram İslamı tanıyan bütün ölkələrdə qeyd olunur.
Qurban bayramı haqqında internetdə məlumat çoxdur. Biz isə bugünki məqaləni Qurban Bayramının digər bayramlardan olan üstünlüyünə həsr edirik.

Qurban – İslamın ən tanınmış ibadətlərindəndir

Qurban kəsmək İslam dininin gözəl əməllərindən, Allahu Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s.a.s) sünnətindəndir. Allahu Təala Qurani Kərimdə Əl-Kövsər surəsində buyurur ki; ((Rəbbinə namaz qıl və (qurban) kəs)). Əbu Hüreyrənin (r.a) rəvayət etdiyinə görə “Rəsulullah (s.a.s) İki kök qoçu qurban kəsib…”qurban

Həmçinin Peyğəmbərimiz (s.a.s) müsəlmanları qurban kəsməyə həvəsləndirmişdir.
Buna dair rəvayət olunan hədisdə Rəsulullah (s.a.s) belə buyurub: “Qurban bayramı günü Allahu Təalaya, kiminsə qan tökməsindən (qurban kəsməkdən) daha sevimli əməl yoxdur.
(Qurbanın) qanı yerə axmamışdan əvvəl Allahu Təalanın qatında başqa yerə tökülür. Nəfsiniz bunu (qurbanı) xoşluqla qəbul etsin.”

Qurban kəsməyin hökmü

İslam alimlərinin rəyinə görə qurban kəsmək, Peyğəmbərimizin (s.a.s) təkid etdiyi sünnət əməldir. İbn Abbasın Rəsulullahdan (s.a.s) rəvayət etdiyinə görə belə demişdir; “Üç şey mənə fərz (əmr) olunub, siz isə bunu könüllü etməlisiniz. Vitr namazı, qurban kəsmək və sabah (namazının fərzindən əvvəl) 2 rükət sünnət.”

Qurban kəsənin ədəbləri

Ummu Sələmə (r.a) rəvayət edir ki, Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; “Əgər 10 gün, yəni Zilhiccə ayının ilk 10 günü daxil olarsa və sizdən biriniz qurban kəsmək istərsə, qurban kəsincəyə qədər tükündən və dırnağından almasın.”

Lakin qurban kəsmək istəyən insan, qurbanı öz əlləri ilə kəsməyəcəksə, kəsdirəcəyi şəxs bunları etməməlidir.

Saçdan, saqqaldan və bədənin tükündən, dırnaqdan almamaq sünnətdir, amma bunu etmək haram deyildir.

Ailəyə bir qurban kifayətdir

Qurban kəsən şəxs özünün və ailəsinin adından bir qoyun kəsməsi kifayətdir. Çünki Peyğəmbərimiz (s.a.s) özü və Əhli-Beyti adından bir qoç kəsmişdi. Əlbəttə inək, dana və dəvə də kəsmək olar.

Alimlərin rəyinə görə 7 nəfər bir  inəyin qurbanına şərik ola bilərlər. Fərqi yoxdur 7 nəfər özünün və ya özü ilə ailəsinin də adından kəsirsə. Cabirdən (r.a) rəvayət olunduğuna görə deyir ki; “Hüdeybiyədə Peyğəmbərimizlə (s.a.s) qurban kəsdik. Yeddi nəfərə bir inək…”

Qurbanlıq heyvana aid şərtlər

Qurban kəsiləcək qoyunun yaşı 6 aydan çox, kəsiləcək inəyin yaşı 2 ildən çox və kəsiləcək dəvənin yaşı 5 ildən çox olmalıdır. Qurbanlıq qoyunun böyük, kök və gözəl olması müstəhabdır (arzu olunandır). Az ətli, çox arıq, cılız, keyfiyyətsiz və sairə kimi eybləri olan heyvan qurban kəsilməməlidir. qurban
Peyğəmbərimiz (s.a.s)
Bəranın (r.a) rəvayət etdiyi hədisdə buyurub ki; “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: Açıq-aydın tay göz olan, açıq-aydın xəstə olan, ağsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan.

Ola bilsin ki, bəzi heyvanlar yaşlaşdıqca əti yeməli olmur. Məsələn bəzi yerlərdə inək 2 ildən çox qaldısa əti bərkiyir, ya da yeməli olmur.
Bu halda daha münasib və daha çox əti olan inək kəsilməlidir. Yaxud da əgər 2 yaşı tamam olmuş erkək dana yoxdursa, 2 yaşı olanlar hamısı sağılan inəklərdirsə, bu zaman ziyan olmasın deyə ən böyük erkək dana kəsilə bilər. Çünki şəriətdən əsas məqsəd qurbanlıq heyvanın çox əti və sağlam olmasıdır.

Qurbanın dəqiq kəsilmə vaxtı

Qurban bayramından sonra qurban kəsilir, buna dair Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədisdə Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Kim (bayram namazından) namazdan əvvəl (qurban) kəsibsə, yerinə yenidən təkrar etsin” Başqa bir hədisdə də rəvayət olunduğuna görə Rəsulullah (s.a.s) belə deyib: “Bu günümüzdə (bayramda) ən birinci əda edəcəyimiz namaz, sonra (qurban) kəsməkdir. Kim namazdan əvvəl (qurban) kəsibsə sadəcə ailəsinə (ehsan olaraq) ət paylamışdır, bu, lazım olan (qurban) qaydalardan sayılmır.”

Qurban kəsdirənin kəsilən yeri…

Qurban kəsdirən şəxs özü kəsə bilmədiyindən heç olmazsa qurban kəsilən vaxtı həmin yerdə olmalıdır, bu müstəhabdır. İbn Abbasdan rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki, “(Qurban) Kəsərkən orada olun, çünki (qurbanlıqdan) ilk damla qana (axan kimi) görə bağışlanırsınız” Başqa bir rəvayətdə də Peyğəmbərimiz (s.a.s) Fatiməyə (r.a) deyib ki: “Qurbanın kəsiləndə orada ol, çünki ilk damla qan axan kimi bağışlanırsan”.qurban

Qurban kəsilən zaman qurbanın sahibi və kəsən şəxsin “Bismilləhi vallahu əkbər” deməsi müstəhabdır….

Qurban ətinin paylanması

Müstəhab olardı ki, qurban kəsən şəxs qurbanlığın ətindən 3-də birini öz ailəsinə, 3-də birini yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və 3-də birini də ehtiyacı olub istəyən imkansızlara versin. Allahu Təala Əl-Həcc surəsinin 36-cı ayəsində buyururki: “Ondan (qurbanlıq ətdən) dilənçiyə (əl açıb istəyənə də) yedirin.”

İbn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbərimiz (s.a.s) deyib ki: “Öz əhli beytinə (ailəsinə) 3-də birini, kasıb qonşularına 3-də birini yedirsin. Sorub istəyənlərə (dilənçilərə) də 3-də birini sədəqə etsin” İbn Ömərdən də rəvayət olunan başqa bir hədisdə isə Peyğəmbərimiz (s.a.s) buyurub ki: “Qurbanlar və hədiyyələrdən 3-də biri sənin, 3-də biri ailənin və 3-də biri yoxsullarındır.

Qurban kəsdirən şəxs kəsdirdiyi adama qurbanlıqdan işinin əvəzi kimi heç nə verməli deyil. Qurbanlıqdan iş haqqı kimi kəsən adama vermək olmaz. Lakin kəsdirən adam kəsənin yoxsul və kasıb olduğuna görə ona ətdən pay kimi verə bilər, lakin bu iş haqqı olmamalıdır.

Əlidən (r.a) olunduğuna görə deyib ki; “Peyğəmbərimiz (s.a.s) mənə əmr etdi ki, dəvəni (qurban kəsərkən) işin üstündə durum, ondan kəsən adama heç nə verməyim.”

Qurban kəsdirən şəxs həmçinin qurbanlığın nə ətindən nə də dərisindən satmamalıdır, lakin dərisindən özü faydalana bilər.

Bunlar qurbana dair əsas hökmlərin qısa forması idi.

Allah qurban kəsənlərimizdən qurbanlarını qəbul etsin!

 

©Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!