Quru meyvə biznesi

Əkinçilik, heyvandarlıq, meyvəçilik Azərbaycanlıların qədim zamandan əsas məşğuliyyət sahələri olmuşdur. Azərbaycanda hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Subtropik (ölkənin 65 %-ni) və mülayim ( ölkənin 35 %-i) iqlim qurşaqlarının ölkəmizdə mövcudluğu meyvəçiliyin inkişafının təməl əsaslarıdır. Hər fəslin özünə xas meyvəsinin olduğunu və həmin dövr ərzində ölkəmizdə meyvələnin qiymətini “su” qiymətinə olmasını nəzərə alaraq Meyvə qurusu biznesini ölkəmizdə rahat inkişaf elətdirmək olar. Nəzərə alsaq ki,hal-hazırda ölkəmizdə meyvə qurusu tələbatının 80-90%-ni Naxçıvan və Şəki-Zaqatala zonası təmin  edir. Sozsüz, burada söhbət idxaldan getmir ancaq ölkə ərzaisində istehsal olunan məhsul həcmi nəzərdə tutulur.

Quru meyvə necə əldə edilir?

İstənilən meyvənin tərkibinin böyük hissəsini su təşkil edir. Azərbaycanda meyvənin qurudulması iki üsulla həyata keçirilir:

quru meyvə
  1. təbii
  2. süni sürətdə.

Bəzi rayonlarda (Ordubadda)  meyvələrin qurudulması təbii şəraitdə aparılır. Təbii qurudulmanın özüdə iki üsulla həyata keçirilir. Bu üsullar günəş altında və ya kölgədə aparılır. Təbii şəraitdə qurudulma çox ucuz başa gəlir. Lakin bunun da çatışmayan cəhətləri var: qurutma müddəti xeyli vaxt sərf edir, məhsul nisbətən tozlu və rəngi nisbətən qara olur. Süni qurudulmada məhsul tez quruyur, rəngi təmiz olur. Lakin qurudulma xərci nisbətən artıq olur. Daha çox məhsulun tez bir zamanda qurudulması üçün hal-hazırda bütün dünyada süni qurudulmaya üsdünlük verirlər. Süni qurutma Meyvə qurutma maşınları həcminə (içinin sini sayına görə), mənşə ölkəsinə, qurutma tezliyinə, enerji sərfiyyatına və s. digər növlərinə görə fərqlənirlər. 

Qurudulma sadəcə meyvəyə xas olan bir üstünlük deyil tərəvəz,ət, göyərti, ləbləbi və digər növ ərzaqların qurudulması da mümkündür.

Həmçinin bəzi heyvan yemlərinin hazırlanması zamanı da qurudulma prosesi tətbiq edilir. Qurutma vaxtı məhsuldakı su buxarlaşır və məhsulun öz hissəsi qalır. Buna görə quru meyvənin tərkibi xüsusilə karbonhidrat, vitamin, protein, yağ kimi elementləri çox yüksəlir. Qurudulma zamanı meyvələrdə hansı bioloji və fiziki  dəyişikliklər olursa eyni proses digər qurudulmuş məhsullarda baş verir.

Quru meyvələrin faydaları

Dietoloqlar həmişə quru meyvələrin   faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha çoxdur. Quru meyvə kalium ( qan təzyiqini normallaşdırır), dəmir ( qanın artmasını yaxşılaşdırır), karotin, B qrupu vitaminlərlə zəngindir. Bütün bunlar ürəyin, beynin, sinir sistemi və əzələlərin işini yaxşılaşdırır. Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır. Amma bu şəkər təhlükəli deyil. Əvəzində əsl təhlükə quru meyvələrin saxlanma müddətini artırmaq və satış üçün görünüşünü yaxşılaşdırmaq məqsədilə kimyəvi dəyişikliyə məruz qalmasındadır. Quru meyvəni şəffaf qabda və ya açıq (çəki ilə) şəkildə almaq daha faydalıdır. Bu zaman qaysının rəngini, gavalının və kişmişin aydın olmayan parıltısını düzgün qiymətləndirə bilərsiniz.

Quru və təbii meyvələrin kaloriləri:

  • Ərik 100 qr – 50 kalori
  • Qaysı 100 qr – 200-250 kalori
  • Gavalı 100 qr – 60 kalori
  • Gavalı qurusu 100 qr – 250 kalori
  • Xurma 100 qr – 62 kalori
  • Xurma qurusu 100 qr – 245 kalori
  • Üzüm 100 qr – 70 kalori.
  • Kişmiş 100 qr – 280 kalori
  • Badam 100 qr – 600 kal
  • Hindistan qozu 100 qr – 603 kal
  • Fındıq 100 qr – 650 kal.
  • Fıstıq 100 qr – 560 kal,
  • Şam fıstığı 100 qr – 600 kal,
  • Qoz 100 qr – 549 kal,
  • Pop-korn 100 qr – 478 kal,
  • Balqabaq tumu 100 qr – 571.
  • Günəbaxan 100 q 578 kal.

Quru meyvə hazırlanma və qablaşdırma (fasovka)

Quru meyvələrin saxlanması

Quru meyvələrin uzun müddət saxlanılmasına təsir göstərən əsas amillər:

  • havanın rütubətliliyi,
  • yüksək temperatur,
  • məhsulun günəş şüaları ilə birbaşa təmasıdır.

Quru meyvələr 5-20°C-də, nisbi rütubətliliyin 70%-dən az olduğu şəraitdə, kölgədə saxlanılmalıdırlar. Bu məhsulların saxlama müddəti əsasən 6-12 ay təşkil edir.Lakin son zamanlar Quru məhsullarına qatılan kimyəvi maddələrlə onlarda qeyri-təbii rəng, qeyri-adi dad və qeyri-adi parıltı formalaşdırırlar. İstənilən quru meyvəni aldıqdan sonra yemək üçün  onu 15-20-dq ilıq suda yumaq lazımdır ki üzərindəki kimyəvi qatqılar yuyulsun.

Hazırladı: Əlizadə Namazəliyev

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!