Qurudulmuş meyvələrin soyuducuda saxlanma qaydaları

İlin bütün fəsillərində artıq ürəyimiz istəyəm meyvəni təzə şəkildə tapmaq və almaq mümkündür. Lakin öz fəslində yeyilməyən meyvənin sağlamlıq üçün zərərli olduğunu həkimlər tez-tez bizlərə çatdırırlar. Çünki bir çox meyvələr uzaq cənub ölkələrindən gətirildiyi zaman kal şəkildə yığılır və uzun müddət qalması üçün müxtəlif konservantlar və digər kimyəvi maddələrdən istifadə edilir. Bunların orqanizmaya vurduğu zərərin qarşısını almaq üçün təzə meyvə yox, meyvə qurularından istifadə etmək faydalıdır.

quru meyve saxlanılma qaydası agroexpert.az
İnsana lazım olan vitamin və mikroelementlər quru meyvələrdə olduğu üçün onları qəbul etmək faydalıdır.

Belə ki meyvələr qurudulan zaman onlarda olan bütün faydalı vitamin və mikoelementlər saxlanılır.

Qurudulmuş meyvələrin uzun müddət necə saxlanılması hər kəsi maraqlandıran məsələdir.

Qurudulmuş meyvə tər meyvələrdən daha davamlı olsa da, uyğun şəraitdə saxlanılmadıqda korlana bilər.

İlk olaraq quru meyvələri saxlaya biləcəyimiz quru və sərin yer tapmaq lazımdır. Qışda quru meyvələri saxlamaq daha rahatdır. Ancaq yayda quru yeri asanlıqla tapmaq olsa da, sərin yeri tapmaq problem ola bilər. Bu problem üçün ağla gələn ilk həll yolu soyuducuda və ya dondurucuda saxlamaqdır.

Bu yazımızda sizlərə meyvə qurularının soyuducuda və ya dondurucuda necə saxlamaq lazım olduğunu bölüşəcəyik.

Meyvələri qurutmaqda məqsəd suyunu azaldıb meyvəni xarab edən kif göbələyi kimi zərərli mikroorqanizmlərin qarşısını almaqdır. Meyvə qurudulub quru yerdə saxlanmasa bu zərərli mikroorqanizmlər çoxalır. Çünki ətrafa  yaydığı afla-toksin adlı kimyəvi maddələr xərçəng xəstəliyinə səbəb olur. Buna görə kiflənmiş olan bütün qidaların da istehlak edilməsi uyğun deyil.

Quru meyvə soyuducuda necə saxlanılır?

Bugünkü soyuducuların ən sadəsində belə temperaturu tənzimləyə bilirik. Yalnız soyuducuda yerləşdirilən quru meyvələr temperatur fərqinə görə nəmlənə bilər. Soyuducuda saxlamaq üçün üzərində heç bir boya və s. olmayan kağızdan, xüsusən də kağız torbalardan istifadə etmək məsləhətlidir. Soyuducuda quru meyvələr saxlayarkən qəzetdən qəti şəkildə istifadə edilməməlidir. Qəzet kağızı hazırlanarkən istifadə edilən məhlullar, mürəkkəb və s. sağlamlığımızı zərərli maddələrdir.

Soyuducu və dərin donduruculara quru meyvələri bir yerdə yığıb qoysanız quru olmağından asılı olmayaraq donun təsiri ilə bir-birinə yapışa bilər.

Əgər buzluğa yada dondurucuya qoyduğumuz quru meyvələr çoxdursa bir qabda qat-qat düzməyimiz lazımdır. Düzərkən layların bir-birinə yapışmasının qarşısını almaq üçün soyuducu paketi, ya da kağız paketlərdən istifadə edilə bilər.

Qeyd edək ki, donmuş və sonra əridilmiş qida maddələrini təkrar dondurmaq sağlamlığa zərərlidir. Buna görə paketlərə yığarkən bir dəfə istifadə ediləcək qədər ayrılması daha uyğundur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669