Xəbərlər

“Quş qripi” xəstəliyinə görə növbəti monitorinqə start veriləcək

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir…

“Quş qripi” xəstəliyinə görə monitorinq

Quş qripi

Köçəri quşların miqrasiyası nəzərə alınaraq, yanvarın 14-dən 18-dək növbəti monitorinqə start veriləcək.
Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, monitorinqin köçəri quşların müvəqqəti məskunlaşdığı həyata keçirilməsi nəzərdə tutulur:

  • Pirallahı adasındakı Abşeron Milli Parkında;
  • Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında;
  • Salyan rayonundakı Şirvan Milli Parkında;
  • Ağcabədi rayonundakı Ağ göl Milli Parkında;
  • Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda.

Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Quş qripi monitoringi

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək.

Həmçinin qan və patoloji materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: