Quşlar (ətlik və damazlıq) üçün yem rasionu
Yumurtlayan toyuqlar üçün rasion aşağıdakı yemlərdən ibarət olmalıdır:

- 120 qram dənli bitkilər (40 qr – qarğıdalı, 20 qr – buğda, 30 qr – arpa, 20 qr – vələmir)
- 30 qram sulu qatışıq
- 100 qram soyutma kartof
- 7 qram jmıx
- 3 qram təbaşir
- 0,5 qram duz
- 2 qram sümük unu
- 1 qram qabartma maddələri
1-ci yemləmə səhər işığı yandıran kimi verilir. Bu zaman adətən nəmləndirilmiş qatışıq (soyutma kartof, üyüdülmüş dən, sümük unu, əzilmiş yumurta qabığı, yemək tullantıları və duz) verilir.
Axşam yumurtlayan toyuqlar işığın söndürülməsinə 1 saat qalmış yemləndirilməlidir. Bu yemləmə zamanı bərk yemlər verilir.
Toyuqlar üçün rasion aşağıdakı göstəricilər üzrə balanslaşdırılır:
- quru maddə
- quşlar üçün mübadilə enerjisi
- xam sellüloza
- xam protein
- amin turşuları: metianin, lizin, metionin+sistin, treonin, triptofan
- mineral maddələr: Ca, P, Na
Yumurtlayan toyuq və broylerlər üçün 100 qram quru maddənin tərkibində norma üzrə mübadilə enerjisi, xam protein, xam sellüloza, mineral maddələr və amin turşularının miqdarı:
Quşlar üçün qarışıq yem resepti hazırlamaq üçün aşağıdakı göstəricilərə diqqət edirik:
- quşların növü və qrupu (məsələn yumurtlayan, broyler və s.)
- mövcud yemlər
- yemlərin qidalılığı (əsas göstəricilərlə yanaşı, amin turşuları tərkibi)
Toyuq cinsləri haqqında ətraflı bu məqalədə oxuya bilərsiniz. Toyuqlar üçün təmiz su çox önəmlidir.
bu rasion neçə toyuq uçün nəzərdə tutulub?
bir toyuq başına hesablanır