Sağlam qidalanma Xırdabuynuzlu heyvanlar

Quyruq yağının faydaları və zərərləri

Quyruq yağı, qoyunlarda olan onurğanın qurtaracağında yığılan piy qatıdır. Ölkəmizdə ən keyfiyyətli quyruq yağı Abşeron zonasındakı qoyunlardan istehsal olunur.

Quyruq yağının faydaları nələrdir? quyruq yağı haqqında- faydası və ziyanı- yağı haqqında

Aparılan araşdırmalara görə, gənc yaşlarından etibarən istifadə edilən bu yağ qocalıqda ortaya çıxan oynaq narahatlıqlarının qarşısını alır.

-Eynilə kolza yağı və günəbaxan yağı kimi omega turşuları ilə zəngin olduğu üçün ürək və damar xəstəliklərinə qarşı olduqca təsirlidir.

 – Bədənə enerji verir və immunitet sistemini gücləndirir.

-İşias ağrılarının (nevroloji xəstəlik) aradan qaldırılmasına köməkçi olur. Eyni zamanda sinirləri yaxşılaşdırıcı və yumşaldıcı xüsusiyyətə malikdir.

-Revmatizma, qulunc, titrəmə və iflic kimi xəstəliklərin müalicəsində  zeytun yağı və quyruq yağı qarışdırılıb krem halına gətirilərək dəriyə xaricdən masaj yolu ilə tətbiq olunur.

 Quyruq yağının zərərləri nələrdir?

-60% doymamış yağ ehtiva edən quyruq yağının insan sağlamlığı üçün faydalı olduğu məlumdur. Lakin bununla yanaşı, həddən artıq istifadəsi infarkt ilə xərçəng riskini artırır.

Mədə, qaraciyər, yüksək təzyiq, ürək və böyrək narahatlığı olanlar bu yağın istifadəsini məhdudlaşdırmalıdır. Mümkün qədər təbii qidalanan heyvanlardan əldə edilmiş quyruq yağını seçməlidir.

-Bu yağı ehtiva edən yeməklər, qandakı yağ və xolesterin nisbətini artırdığı üçün ürək xəstəliklərinə səbəb ola bilər. Bu tip xəstəliklərlə risk altında olanlar quyruq yağını ölçülü istifadə etməlidir.

quyruq yağı haqqında- faydası və ziyanı- yağı haqqındaQuyruq yağı necə istifadə edilir?

O doymamış yağ turşuları  ilə zəngin olduğu üçün  kabab, şorba, plov, qara ciyər, dolma və dönər kimi yeməklərdə istifadə edilir.

Kababın hazırlanmasında: əti qiyməkeşlə narın döydükdən sonra, qıyılan ətin 30%i qədər quyruq yağı da qiyməkeşlə öldürülərək ətin içinə əlavə olunur. Bu şəkildə hazırlanan və bişirilən kabablar daha ləzzətli olur.

Dönərin hazırlanmasında: dana ətinin bud hissəsi yarpaq şəklində kəsilir və aralarına quyruq yağı tikələri yerləşdirilir. Bu üsul dönərə ləzzət verərək əti daha çox yumşaq edir.

Bundan başqa, manqalda ızqara edərkən dəmir torunun quyruq yağı ilə yağlanması  bişirilən ətlərə xoş dad və ətir verir.

♣100qr quyruq yağının kalori dəyəri isə  902 kaloridir.♣

 

Müəllif: Aysel Selcan

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: