Rahibə (holland) toyuq cinsi

Platformamızda müxtəlif toyuq cinsləri haqqında silsilə yazılarımıza davam edirik. Bu məqalədə sizə rahibə toyuğu adlanan holland ağpapaq toyuqları haqqında məlumat verəcəyik. Holland mənşəli quşlar dekorativ olub xarici görünüşünə görə belə adlanır.

rahibə toyuğu

Əvvəllər ətlik toyuq kimi saxlansa da sonradan dekorativ istiqamətli hesab edilməyə başlandı. Bəzək quşu olsa da yumurta verimi də yüksəkdir. Vətəni Hollandiyadır.

Rahibə toyuğu özəllikləri

XV-ci əsrdə meydana gəldiyi hesab edilir və əcdadı tam bilinmir. Hollandlar bu toyuğu ətlik-yumurtalıq saxlasalar da sonradan dekorativ polyak ağpapaqları ilə calaq edib görünüşünü dəyişdiriblər. Əsas özəlliyi başındakı ağ papaqdır.

Rahibə toyuğunun:

  • Diri çəkisi: xoruz 2-2.5kq, fərə 1.5-2kq
  • İllik yumurta verimi: 120-140 ədəd.
  • Yumurta çəkisi: 40-50 qram.
  • Yumurta bərk və ağ olur.
  • İlkin yumurta vermə: 6 ayında.

Yumurtaverimi dekorativ quş üçün kifayət qədər yaxşıdır. İlk ilində yaxşı yumurta verir, sonra azalır. Ömürləri 4-5 ildir. Qocalanda ətləri bərk olur və xəstəlik ehtimalı daha çox olur.

Standart rahibə toyuğu ilə yanaşı cırtdan (karlik) ağpapaqlar da mövcuddur. Bunların çəkisi 0.8-0.9 kq-dır. Yumurtaverimi isə ildə 80 ədəddir.

Saxlanması

Şimal heyvanı olsalar da soyuğu sevmirlər. Hində tempratur 15-19 °С olmalıdır. Hin daim quru və təmiz olmalıdır. 1 kv.m-də 2-3 baş rahibə toyuğu saxlamaq mümkündür.

Yem kimi:

  • Taxıl (buğda, arpa, qarğıdalı)
  • Lobya, mərci
  • Bişmiş kartof, kök, çuğundur
  • Təzə tərəvəz
  • Jımıx
  • Balıq yağı
  • Sümük unu
  • Təbaşir, balıqqulağı və sair vitamin

istifadə edilə bilər.

Yaxşı kürt yatırlar və çıxım faizi yüksəkdir. Yumurtalarını inkubatorda da çıxarmaq mümkündür. 70% çıxım göstərə bilir. Bu dekorativ quşları həyət şəraitində saxlamaq daha yaxşıdır. Saxlanmaya xüsusi diqqət ayırmaq lazımdır.

Ətraflı məlumat üçün bu videoya da baxa bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!