Rayonlarda biznes inkubatorlar yaradılır
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib ki, rayonlarda aqrobizneslərə dəstək üçün biznes inkubatorlar yaradılır.
Aqrobizneslərə dəstək
Sentyabrın 19-da biznes inkubatorlarının fəaliyyətə başlamalıdır. Belə ki, İcma Biznes Təbliğatçıları və Qadın İnkişaf Qrupu Müəssisələrinə sertifikatların təqdimatı mərasimində Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
M.Əliyevin sözlərinə görə, dövlət xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək :
“Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir”.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır.
Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.
Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda təsis edilib:
- Masallı;
- Ağdam;
- Lənkəran; ⇒ 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu
- İsmayıllı;
- Balakənd; .
Fəaliyyətə başlamış Qadın Qrupları qısa zaman ərzində öz daxili resursları hesabına və bələdiyyələrdən yer almaqla kollektiv müəssisələr yaradaraq, onları uğurla idarə edirlər. Qadınlar biznes inkubatorlarının texniki dəstəyilə öz əmanətlərini sərmayə qoymağa başladıqları zaman bu müəssisələrin miqyası daha da böyüyəcək.
Biznes inkubatorlar
M.Əliyev əlavə edib ki, qadın biznesinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarətdir.
Layihədə iştirak edən gənclər ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar. Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar.
Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə öz xidmətlərini göstərəcək:
- biznesin qurulması;
- inkişafı;
- idarə edilməsi;
- genişləndirilməsi;
Həmçinin qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Navid Naqvi Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sözügedən layihəni müsbət dəyərləndirib. O, bildirib ki, biznes inkubatorlarının yaradılması kənd yerlərində qadınların öz biznes imkanlarının genişləndirilməsi sahəsində çox əhəmiyyətli bir addımdır.
Eyni zamanda vurğulanıb ki, Dünya Bankı olaraq, Azərbaycanda qadınların biznes sahəsində səlahiyyətlərinin artırılmasına daim ciddi önəm verilib.
Azərbaycan bu baxımdan digər ölkələrə də yaxşı bir nümunədir. N.Naqvi bizneslə məşğul olan qadınlarımızın ölkə iqtisadiyyatına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Nəticədə…
Tədbirdə qeyd olunub ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.
Sonda İcma Biznes Təbliğatçıları və Qadın İnkişaf Qrupu Müəssisələrinə sertifikatlar təqdim olunub.