Rayonlarda tütün istehsalının statistikası

agroexpert.az tutun istehsali

Balakən rayonu

Cari ildə rayonun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilib. Balakənli fermerlər bu mövsümdə 346 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 85 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər.

Balakənli fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” MMC-nin rayonun Hənifə kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 288 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 32,2 ton quru tütün istehsal olunub. Rayonda “İmmuniy” növlü yerli tütün sortlarının yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 550 tondan çox yaşıl tütün toplayıblar. Yerli sort tütün fermerlərin özləri tərəfindən ipə düzülərək qurudulur və daha sonra emal məntəqəsinə təhvil verilir.

Ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

Tütün qurutma kamerasında, Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir. Tütünün qurudulması prosesi 7 gün çəkir. Qurudulan tütün sonra preslənərək anbara yığılır.

Şəki

Bu il Şəki rayonunun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. İyulun 10-dan etibarən təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günündə istehsalçılardan 9,5 ton yaşıl tütün kütləsi qəbul edib.

Məntəqədəki 56 tütünqurutma kamerasının hamısı mövsümə tam hazır vəziyyətdədir. Bundan əlavə, artan tələbatı nəzərə alaraq, hazırda məntəqənin ərazisində daha 30 tütünqurutma kamerası quraşdırılır. Onların iyulun sonunadək işlək vəziyyətə gətirilməsi nəzərdə tutulur.

2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. İstehsalı 2018-ci illə müqayisədə 346 ton artıb.

 Oğuz

tütün növü

Cari mövsümdə oğuzlu fermerlər 110 hektarda tütün yetişdirirlər. Oğuzlu fermerlər bu il 90 hektarda “Virciniya” növ ətirli, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.

Qax

Qaxlı fermerlər isə cari mövsümdə 491,6 hektar sahədə yetişdirirlər. Fermerlərlə bağlanmış müqavilə əsasında rayon ərazisində 405,6 hektar sahədə “Virciniya” və 15 hektarda “Berley” növlü ətirli tütün əkilib. Eyni zamanda, bu il fiziki şəxslər tərəfindən də əlavə olaraq 56 hektarda “Virciniya” və 17 hektarda yerli sortlar yetişdirilir. Xatırladaq ki, ötən il rayonda 971,8 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb. “Azərtütün” MMC-nin rayonda emal məntəqəsi mövsümün ilk həftəsində istehsalçılardan 55 ton 725 kiloqram yaşıl tütün qəbul edib.

Qəbələ

Rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər cari mövsümdə 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli sortlar yetişdirirlər. Bir neçə gündür ki, təsərrüfatlarda yığıma başlanılıb. Fermerlər ilk günlər sahələrdən 4 ton yaşıl yarpağı toplayaraq ipə düzüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика