Regionlar üzrə ixtisaslaşdırılmış kənd təsərrüfatı sahələri

Regionlar arasında kənd təsərrüfatı olaraq ixtisaslaşma olduqca vacib işlərdən biridir. Bütün regionlarda məhsullar üzrə ixtisaslaşma əmsalları müəyyənləşdirilib. Artıq kənd təsərrüfatı üzrə ixtisaslaşma və regionlar üzrə bölünmə işləri demək olar ki, yekunlaşdırılıb. Belə ki, hər regionun öz imkanları var

Kənd təsərrüfatımızda Niderland təcürbəsi

Rəsmi məlumatlara görə, ölkə üzrə kənd təsərrüfatının tam ixtisaslaşmış sahələri bunlardır:

  • Pambıqçılıq
  • Meyvəçilik
  • Üzümçülük
  • Tərəvəzçilik
  • Tütünçülük
Azərbaycan ərazisində ixtisaslaşma dərəcəsinə görə kənd təsərrüfatı rayonlarını 3 qrupa bölünür:
  1. Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri),
  2. Dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri),
  3. Otlaq və heyvandarlıq rayonları
kənd təsərrüfat sahələri agroexpert.az

Respublikamızda üzrə kənd təsərrüfatında tam ixtisaslaşmamış sahələr:

  • Baramaçılıq
  • Arıçılıq
  • Çəltikçilik

Təcrübələr əsasında iqtisadi rayonlarda əsas ixtisaslaşma sahələri bölgüsünü belə apara bilərik.

Gəncə-Qazaxda əsas ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və taxılçılıq inkişaf etdirilə bilər.

Aran rayonlarında ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə şərait yaradır. Bu regionda pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyva və nar) və heyvandarlıq üzrə ixtisaslaşma artıq gedib.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin funksiyası və prinsipləri nələrdir..

Abşeronda quru subtropik meyvəçilik (ağ və qara şanı üzüm sortları, badam, püstə, əncir, zeytun), tərəvəzçilik, zəfəran (Bilgahda), heyvandarlıq (ət, süd, yağ, pendir, yun və s.), sənaye təyinatlı quşçuluq (broyler təsərrüfatlarının inkişafı), zeytun və zəfəran təsərrüfatlarının inkişafı uğurludur.

Quba-Xaçmaz iqtisadi rayonu tumlu meyvəçilik (xüsusilə alma) və tərəvəzçilik (gecyetişən) üzrə ixtisaslaşıb. Bundan başqa rayonda həm də kartofçuluq, taxılçılıq, üzümçülük, heyvandarlığın, sənaye təyinatlı quşçuluğun (broyler təsərrüfatlarının inkişafı), arıçılığın, balıqçılığın daha da inkişafı mümkündür.

Şəki-Zaqatala iqtisadi rayonu qərzəxli (qoz, fındıq, şabalıd) meyvəçilik və tütünçülük üzrə ixtisaslaşıb. Bundan başqa rayonda baramaçılıq, çayçılıq, çəltikçilik, üzümçülük, taxılçılıq və qoyunçuluğu, arıçılığı da inkişaf edib. Sözü gedən rayonlarda bu sahələri bir qədər də irəli aparmaq olar.

Dağlıq Şirvan iqtisadi rayonunda heyvandarlıq əkinçiliklə nisbətdə daha yaxşı inkişaf edib.

Lənkəran iqtisadi rayonu isə yerləşdiyi iqlimə uyğun olaraq sitrus bitkiləri və məhsulları istehsalı, texniki bitkiçilik (çayçılıq, üzümçülük), tərəvəzçilik və bostançılıq məhsulları istehsalı üzrə ixtisaslaşıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669