Rəqəmsal texnologiyalar ilə aparılmış araşdırma

Miçiqan Dövlət Universitetinin  alimləri  dəyişən iqlim şəraitində böyük məlumatların və rəqəmsal texnologiyaların rolunu araşdırdılar.
rəqəmsal texnologiya agroexpert.az

Bu araşdırma torpaq və landşaft xüsusiyyətlərini, habelə iqlim dəyişkənliyinə cavab olaraq məhsuldarlığın məkan və müvəqqəti dəyişikliklərini dəqiq ölçən ilk işdir. Elm adamları ilk növbədə məhsulun qeyri-sabit olduğu fərdi sahələri xarakterizə etmək üçün böyük məlumatlardan istifadə etdilər.

2007-2016 illəri arasında ABŞ-ın Qərb bölgəsindəki iqlim dəyişikliyindən təsirlənən qeyri-sabit kənd təsərrüfatı torpaqlarında məhsuldarlığın “dalğalanması” səbəbiylə iqtisadiyyatına 536 milyon dollar dəyərində ziyan dəydi. Bölgədəki qarğıdalı və soya əkin sahələrinin dörddə birindən çoxu illik məhsuldarlığın çox aşağısında nəticələr verdi.

Torpaq və Ətraf Mühit fondunun professoru Bruno Basso və onun elmi işçisi Radael Martinez Feria, Bassonun 2015-ci ildən bəri rəhbərlik etdiyi Qida və Kənd Təsərrüfatı İnstitutunun əkinçilik layihəsi üzərində tədqiqat aparıblar.

“Əvvəlcə ABŞ-ın qarğıdalı və soya kəmərində məhsuldarlığın niyə və harada dəyişdiyini bilmək istədik” dedi Basso. “Sonra, əkinçilərə xərcləri azaltmağa, məhsuldarlığı artırmağa və ətraf mühitə təsirini məhdudlaşdırmağa kömək edəcək ekoloji cəhətdən təmiz kənd təsərrüfatı planı hazırlamaq və yerləşdirmək üçün böyük məlumatlardan istifadə etməyin mümkün olub olmadığını öyrənmək istədik.”

Bu qeyri-sabit ərazilərdən götürülmüş torpağın tədqiqi məhsuldarlığın belə kəskin dəyişməsini kifayət qədər izah edə bilmədi.

Eyni torpaqda böyüyən bitkilər bir ildə aşağı məhsuldarlığa, növbəti ildə isə yüksək məhsuldarlığa sahib oldular. Bəs bu müvəqqəti qeyri-sabitliyə səbəb nədir?

Peyklərdən, tədqiqat təyyarələrindən, dronlardan və uzaqdan quraşdırılmış sensordan, həmçinin bir çox müasir kombaynda mövcud olan müasir yerləşim sensorlarından istifadə edən fermerlərdən əldə edilən məlumatlardan da istifadə edərək, Basso və Martinez Feria böyük məlumatlar və rəqəmsal təcrübəni birləşdirdi.

Məlum oldu ki, topoqrafiya, hava və torpaq arasındakı qarşılıqı əlaqələr, məhsul sahələrinin qeyri-sabit ərazilərdə ekstremal hava şəraitinə necə reaksiya göstərməsinə böyük təsir edir.

Landşaft dəyişiklikləri (dağlar, düzənliklər, dərələr) suyun dayandığı və ya axdığı lokal bölkələri yaradır. Qeyri-sabit zonaların təxminən üçdə ikisi hündürlüklərə aiddir. Bu torpaqlarda dənli bitkiləri su çatışmazlığı yaşayır.

Dəqiq məlumatlar və rəqəmsal texnologiya ilə elm adamları, ABŞ-ın Qərb ərazilərində su çatışmazlığından əziyyət çəkən qarğıdalı və ya soya əkin sahələrinin faiz nisbətini müəyyənləşdirdilər.

Su qıtlığı olan ərazilərdə məhsuldarlıq az yağışlı mövsümlərdə əkin sahələri üçün  nəzərdə tutulmuş orta səviyyədən 23-33% aşağı ola bilər.

Basso, araşdırmalarının  iqlimə uyğun kənd təsərrüfatı texnologiyasının gələcəyini təyin etməyə kömək edəcəyinə inanır.

“Biz ilk növbədə fermerlərin öz əkin sahələrinə yeni gözlə baxmalarına, məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və ətraf mühitə təsirini yaxşılaşdırmaq üçün daha yaxşı qərarlar almaqlarına kömək etməyə çalışırıq. Kifayət qədər suyunuzun olmadığını bilsəniz, gübrə tətbiqini başqa cür planlaşdıracaqsınız. Belə torpaqlar üçün gübrə miqdarı,əkin üçün çox miqdarda su olan torpaqlarda tətbiq olunan gübrədən xeyli az olmalıdır. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!