Respublikanın bölgələrində payızlıq əkinlər davam edir

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Rayon statistika idarəsindən bildiriblər ki, cari ildə rayonda 14 min 347 hektar taxıl sahəsindən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur. Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri, həmçinin 4 min 105 hektar tərəvəz, bostan, kökümeyvəlilər və köküyumrular sahəsinin 3352 hektarında yığım apararaq, 66 min 940,5 ton məhsul toplayıblar. Bununla yanaşı, rayonda 689 ton meyvə, 82 ton üzüm istehsal olunub.

Fermerlər payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını da davam etdirirlər. Bu günədək rayonun təsərrüfatlarında 9620 hektar sahədə şum qaldırılıb.

Taxıl zəmilərindən bol məhsul götürən Füzuli fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonun təsərrüfatlarında 24 min 300 hektar sahədə şum qaldırılıb.

Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 37 min 575 hektar sahədə taxıl becərilib, 118 min 31 ton məhsul əldə edilib. Məhsulun 92 min 379 tonu buğda, 25 min 652 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 31,4 sentnerdir.

Həmçinin Bərdə fermerləri də payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Bərdə Rayon Statistika İdarəsindən bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonun təsərrüfatlarında 6100 hektar sahədə şum qaldırılıb.

payızlıq əkinlər agroexpert.az

Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Bərdə rayonunda 11 min 038 hektar sahədə taxıl becərilib, 48 min 698,5 ton məhsul əldə edilib. Məhsulun 38 min 641 tonu buğda, 10 min 57,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,4 sentner, arpa sahələrində isə 39,8 sentner olub.

Zaqatala rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.

İndiyədək təsərrüfatlarda 2500 hektardan çox sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 70-dək şum traktoru cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, payızlıq bitkilərin səpininə sentyabrın üçüncü ongünlüyündə başlamaq nəzərdə tutulur.

Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 11 min 320 hektar taxıl sahəsindən 35 min 50 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669