Robot sistemlərindən istifadə nə dərəcədə yararlı olacaq?

İngiltərədə fermalardakı işçi qıtlığı probleminə yenilikçi həll yolu tapılıb.

Sahibkarlar 2021-ci ildə istehsal miqyasında robot sistemlərini tətbiq etmək niyyətindədirlər.

Sahibkarlar bu mövsüm İngiltərədə çiyələk, alma, qaragilə, kahı və brokoli istehsal edən fermalarda bir neçə yeni robot sistemini sınamağı planlaşdırırlar.

Böyük Britaniya Qida və Kənd Təsərrüfatı Konsorsiumu yumşaq meyvə və tərəvəz seçmək üçün robototexnika və avtomatlaşdırmadan istifadəni sürətləndirməklə işçi qıtlığını aradan qaldırmaq üçün yaradılıb. Məqsəd budur ki, təsdiqlənmiş texnologiyalar kütləvi şəkildə istehsal olunsun və 2021 mövsümü ərzində tam tətbiq olunsun.

Bu iş 100-dən çox qida istehsalçısının, həmçimim Milli Fermerçilik Birliyi, Linkoln Universiteti, Ağrı-EPI Mərkəzi, İstehsal Texnologiyaları Mərkəzi və Bilik Transfer Şəbəkəsi (KTN) tərəfindən dəstəyi ilə həyata keçirilir.

robot agroexpert.az

İngiltərədə yumşaq meyvə və tərəvəzlərin toplanması və qablaşdırılması üçün hər gün təxminən 80 min işçi tələb olunur. Lakin COVID-19 məhdudiyyətlərinə görə bu mövsüm İngiltərəyə miqrant işçilərin yalnız 30% -nin gələcəyini və hələ bir müddət də bu qeyri-müəyyənliyin davam edəcəyini təxmin edirlər.

 “Lincoln” Universitetinin Agri-Qida Texnologiyaları professoru Simon Pearson bu barədə danışıb:

“İngiltərənin aqro-ərzaq sektoru və texnologiya təminatçıları üçün texnologiyanın inkişafı və qəbulunu sürətləndirmək üçün birlikdə işləmək imkanı var. İngiltərədə bir müddətdir həll yolları axtaran çox yaxşı tədqiqat və inkişaf mütəxəssislərimiz var. Onları çox qısa müddətdə sənayeyə gətirmək istəyirik”.

Böyük Britaniyanın aqro-konsorsiumu beş fəaliyyət sahəsinə yönəlmişdir:

– Mühəndislər və təsərrüfat icmaları arasında əməkdaşlıq;

– Yeni robot cihazlarının yaradılması və konsepsiyaların hazırlanması üçün müvafiq investisiyaların verilməsi;

– yardım göstərmək üçün kənd təsərrüfatı və digər sahələrdən olan sənaye mühəndislərinin cəlb edilməsi;

– təsdiq edilmiş robototexnika və avtomatlaşdırma texnologiyalarının istehsalı üçün sənaye dizaynerlərinin və istehsalçılarının cəlb edilməsi;

– könüllü təsərrüfatlarda yeni robot cihazlarının sınaqdan keçirilməsi.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673