Romanov qoyunları Türkiyəyə necə uyğunlaşa bilir?

Türkiyənin Giresun əyalətində Romanov Qoyunlarının Yetişdirmə Layihəsi həyata keçirilib.

Romanov qoyun cinsi iqlim və yaşama şəraitinə görə başqa qoyun cinslərindən fərqlidir. Maraqlıdır bəs Romanov cinsi qoyunlar Türkiyə iqliminə necə uyğunlaşa bilirlər? Bunun üçün nələr həyata keçirilir?

Bir layihə çərçivəsində, Romanov cinsi qoyunlar xaricdən gətirilib Giresunda yetişdirilməyə başlanılıb.

Romanov Qoyunlarının Yetişdirmə Layihəsi nədir?

Giresun vilayətində damazlıq qoyunların nəslini artırmaq və kəndli fermer ailələrinə sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə layihə həyata keçirilib. İl Əkinçilik və Meşə Təsərrüfatı Müdirliyimiz tərəfindən həyata keçirilən layihəyə əsasən, “Romanov Qoyun Yetişdirilməsi Layihəsi” çərçivəsində 2019-cu ildə 19 istehsalçıya 470 baş dişi və 19 baş erkək olmaqla cəmi 489 baş Romanov cinsli qoyun paylanıb.

romanov layihə agroexpert.az

Kənd yerlərində qoyunçuluq fəaliyyəti ilə məşğul olan, qulluq və bəslənmə bacarığı, kifayət qədər infrastruktur və texniki avadanlıqlara sahib olan və layihənin davamlılığını təmin etmək üçün öhdəlik götürmüş təsərrüfatçılar layihə büdcəsinə 50 faiz ödəmə edir. Qalan 50 faizi isə DOKAP tərəfindən maliyyələşdirilir.

Layihə başlamadan əvvəl istehsalçılara heyvandarlıq, bu cins qoyunlara qulluq, qidalanma və xəstəliklərdən qorunma mövzusunda təlim verilib. Türkiyədə otlaqlar heyvanların gətirildiyi Ukrayna otlaqları ilə müqayisədə qidalanma baxımından fərqlidir. Layihədə doğuş dərəcəsi yüksək olan Romanov qoyunlarına adekvat vitamin və mineral dəstəyi təmin edilib. Bunun üçün enjekte edilmiş mineral məhlul və əlavə hazırlanan yem maddələri tədarük edilib. Bütün bunlar vilayət, rayon idarələrində çalışan baytar həkimlərin nəzarəti altında tətbiq olunmağa başlanıb.

Rayonlarda heç bir problem olmadan uyğunlaşan və istehsalçılarımız tərəfindən alınan damazlıq qoyunların nəzarət edilərək artırılır. 2020-ci ilin yanvar ayından 138 baş Romanov cinsi quzu dünyaya gəlib. Belə çoxlu quzu doğuşları, damazlıq heyvanların sayının artırılması xüsusilə müsbət haldır.

Bildiyimiz kimi, Romanov cinsinin analıq qabiliyyəti və ət məhsuldarlığı yüksəkdir. Bu cins qoyunların ətində ümumiyyətlə qoyun ətində görülən qoxu yoxdur. Az yağlı və dadlıdır. Türk ləzzətinə uyğundur.

Qeyd edək ki, sözügedən layihə ilə Giresun, Romanov cinsli quzu və qoyun istehsalı ilə tanınan bir vilayətə çevrilməyi hədəfləyir.

Romanov qoyun cinsinin üstünlükləri nələrdir?…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669