Romanov qoyunu

Bəzi işlər var reklamı özündən qabaqda gedir. Bəzən bu marketinqçilər mal satmaq üçün elə mif qururlar ki, məhsul haqqında… İnsanlar çox tez uyur bu mifə, alır, bir müddət əziyyət çəkir, sonra deyilən effekti almayınca başqa sahəyə yönəlir. Məqsədim romanov qoyunlarını gözdən salmaq deyil əsla. Sadəcə insanları aldadanları sevmirəm. Romanov qoyunu

Bir ara yerli heyvan cinsləri ilə xarici cinslərin müqayisəli təhlilini apararkən, düşünürdüm ki, əcnəbilər bizi çox ötüb keçib. Məsələn, yerli keçilər 1 litr süd verir, saanen, hələb keçiləri 3-5 litr. Romanovlar 5-7 bala verir, yerli qoyunlar 2-3. Çəkidə də fərq çoxdur. Elə bu nüanslar da insanlar arasında romanov qoyunu, linda qazı kimi miflərin yaranmasına səbəb olur. Yenə də deyirəm, romanov qoyunu biznes kimi pis deyil. Hətta bir forumda hesab da qoyublar, 10 dişi 2 erkəklə sürü alıb 2 ilin sonunda Galenvagen sahibi ola bilərsiniz filan. 🙂

Nəzəri olaraq bəli bu mümkündür. Nəzəri olaraq yerli heyvan da 100 baş sürü il sonunda 10-15 min qazanc verməlidir. Amma biznesə başlayandan sonra belə nəticə alan görməmişəm hələlik.Tam əksinə romanovla başlayıb sonra yerli qaradolaq cinsinə keçənlər tanıyıram. Əvvəla romanov quzuları çox kiçik olur. Bu quzuları normal satış çəkisinə gətirmək həm baha başa gəlir  həm məşəqqətlidir. Bir nüans da budur ki, bu qədər balanı yedizdirmək üçün qoyunun südü də kifayət etmir. Quzular arasında ölüm-itim də çox olur.

Yazda səhər-axşam otlağa çıxarılmalıdırlar və bu zaman ayaqları zədələnə bilər deyə sürü diqqətlə izlənməlidir. Ayaqlarına daş, tikan batıb sonradan iltihablana bilər. Bu zaman zəfəranlı suyla desinfeksiya edilir.

Romanov qoyunu üstünlükləri

Romanov qoyunları Rusiyada həqiqətən silahlı mühafizə ilə qorunur. Xaricə satışı qadağandır. Kitabında 7-8 bala verdiyi də yazılır. 4 aylığında artıq qoça gəlir. Əti yerli qoyun əti kimi iyli deyil, daha ləzzətlidir. İlin bütün dövründə cütləşir. Adətən ildə 2 dəfə bala verir, hərəsində üç və ya dörd ədəd. Uzun müddət (12 il) damazlıq kimi saxlamaq olur. Belə bir hesab da var romanov qoyunu satanlar tərəfindən:

Bu ilin axırına kimi doğacaq 2 yaş yarımlıq 10 ədəd boğaz Romanov Qoyununa və 2 baş Romanov Qoçuna xərcləyəcəyiniz məbləğ – 12 x 700 = 8400 AZN
15 ayda xərclənəcək məbləğ – 7600 AZN
Cəmi məbləğ – 16000 AZN
15 aydan sonra satışdan gələn pul (irili xırdalı,təxmini satış) 
100 x 500 = 50 000 AZN
50 000 – 16000 = 34 000 AZN

Yəni 10 dişi 2 erkəklə romanov biznesi başlasanız 15 aydan sonra 34 min qazanacaqsınız. Amma burda ancaq yem xərci hesablanıb. Çoban tutsanız onun maaşını da çıxmalısınız.  Ayrıca romanovdan hər baytarın da başı çıxmır. Yerli iqlimə alışması vaxt alır.

Hər halda bu işə başlayıb buraxanlar da var, bir şəkildə davam edənlər də. Demək istədiyim odur ki, hər aqrobiznes yaxşıdır. Amma super biznes deyilən bir şey yoxdur. Çəkilən əziyyət, elm və təvəkkül nəticəsində qazanc əldə edirsiniz vəssəlam.

Yazı haqqında hərkəs fikrini bildirsə minnətdar olarıq. Biz də yazını təkmilləşdirərdik.

Digər qoyun cinsləri haqqında burdan oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

4 thoughts on “Romanov qoyunu

  • İyul 20, 2018 at 9:41 səhər
    Permalink

    Admin ilk dəfə aqrobiznesə başlayan üçün romanov qoyunları məsləhət eliyərdiz?

    Reply
    • İyul 20, 2018 at 10:16 səhər
      Permalink

      Tövsiyyə etmirəm.
      İlk dəfə ferma biznesinə başlayan dostum romanovla başladı. Hal hazırda yerli qoyuna sonra da südlük inəyə keçdi.
      Belə az sayda başlaya bilərsiz 5-10 dənə ilə…

      Reply
  • İyul 27, 2020 at 8:05 axşam
    Permalink

    Həmcini əhəmiyyətli məlumatlardan da məncə heyvana lazım olan yerin keyfiyəti və həcmidir, və saxlama metodlarının növləri, məsələn toyuxları həm kletkada və həmdə cöldədə saxlamag olar oda tamamiilə fərgli ərazi əhatəsidir, v.s.

    Reply
  • İyul 27, 2020 at 8:07 axşam
    Permalink

    Heləcə də məlumatları verəndə əsasən sxem tipli formalarla vermək daha da cazibəli və yadda qalandır.

    Reply

AgroAdmin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107