Rumıniyadan taxıl ixracına məhdudiyyət

Koronavirusun yayılması mütəxəssislər tərəfindən “qida millətçiliyi” adlanan bir prosesin başlamasına səbəb olub. AB-ə üzv ölkə olan Rumıniya bir çox strateji kənd təsərrüfatı məhsullarının idxalını Birlik xaricində yerləşən ölkələr üçün qadağan edib.

Qısa müddətdə dünyanı təsir altına alan Coronavirus (COVID-19) epidemiyası gözlənilən və hətta gözlənilməz nəticələr verməyə davam edir. Epidemiyanın yaratdığı panik atmosfer, bir çox qida istehsalçısı kimi Rumıniyaya da təsir edib. Epidemiyadan sonra fövqəladə vəziyyət elan edən Balkan ölkəsi, ötən ilin aprel ayında baş verən buğda, arpa, yulaf, düyü, soya, buğda unu, şəkər və günəbaxan da daxil olmaqla çox sayda kənd təsərrüfatı məhsullarının ixracını qadağan edib. Tənzimləmə düzəlişləri çərçivəsində AB üzvlərinə ixracata məhdudiyyətlər qoyulub. Müvafiq olaraq, üzv ölkələr bu məhsulları Rumıniyadan yalnız Birlik xaricində idxal etmədikləri təqdirdə edə bilərlər.

Avropa Birliyindən qərara reaksiya
Rumıniyada taxıl qadağası agroexpert.az

Rumıniyanın qəbul etdiyi bu qərara Avropa Komissiyasının reaksiyası gecikmədi. AB-nin kənd təsərrüfatı üzrə sədri Januş Wojciechowski:

 “Komissiyada Rumıniya əhalisi üçün kənd təsərrüfatı məhsullarının çatışmazlığı ilə üzləşdiyini və ya bu problemlə qarşılaşacağını göstərən heç bir məlumat yoxdur. Bu yöndə ölçü götürmək mütənasib görünmür”. fikir bildirib.

Rumıniyadan geri addım

Rumıniyalı fermerlər də edilən dəyişikliklərə reaksiya göstəriblər. Hökumət və taxıl tacirləri arasında aparılan danışıqlar zamanı ölkənin növbəti məhsula qədər əhalisinin ərzaq təhlükəsizliyini təmin edəcək səviyyədə məhsulların olduğu açıqlanıb. Rumıniyalı fermerlərin, tacirlərin və Avropa Komissiyasının reaksiyalarından sonra Buxarest geri addım ataraq tənzimləməni dəyişib. Dəyişiklik ilk növbədə xalis taxıl idxalçıları olan Şimali Afrika və Yaxın Şərq bölgələrinə təsir göstərəcək.

2018-19 mövsümündə ümumi taxıl istehsalı 26,9 milyon ton olan Rumıniya, Avropanın ən böyük taxıl istehsalçıları arasındadır. Ölkə, eyni zamanda, 57 min hektar ərazisi olan Avropanın ən böyük taxıl əkini sahəsinə sahibdir. Buğda və qarğıdalı 20 milyon əhalisi olan ölkədə daxili istehlakdan dörd dəfə çox istehsal olunur.

Qeyd edək ki, ölkədə taxıl anbarı yetərli olmadığına görə bu məhsullar çürümədən ixrac edilməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!