Rusiya bazarlarında Azərbaycan kartofu baha qiymətə satılır – 1 kq 5 manat

Respublikamızda kənd təsərrüfatının əkinçilik üzrə ölkə daxili və ölkə xarici ən çox tələb olunan tərəvəzlərindən biri kartofdur. Kartof istehsalı daxili bazarın məhsula olan minimum tələbatını tam ödəyir.

Kartof bitkisinin ən yaxşı sələf bitkiləri: birillik və çoxillik otlar, paxlalı bitkilər, dənli bitkilər, xiyar, qarğıdalı, şəkər çuğunduru, soğan və s. hesab edilir. Kartofun kökləri, stolonları və yumrularının normal inkişafı üçün torpaq yumşaq, dənəvər və rütubətli olmalıdır. 

agroexpert.az kartop əkinini
2020-ci ilin ilk yarım illiyində kartof istehsalı

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin kartof istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 7,3% artıb. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın təsərrüfatlarında 43,6 min ton kartof istehsal olunub.

Artıq ilin hər fəslində istehsal olunan bu tərəvəzə daxili bazarlardan əlavə Rusiya bazarlarında da yüksək təlabat var.

Açıqlanan statistikaya görə bu il 52 071,0 hektar sahədə kartof əkimi həyata keçirilib. Bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 8,3 və 7,2% yüksək nəticədir.

Kartof ixracı və qiymətlər

Son günlərin məlumatına görə Rusiyanın şərq ərazilərindən olan Vladivostok şəhərində Azərbaycan kartofu kəskin bahalaşıb. Rusiya mətbuatının məlumatına görə, son günlərdə bazarlarda Azərbaycan kartofunun kilosu 200 rubl (5 manat)dan satılır. Bahalaşmanın səbəbi isə Çin sərhəddinin bağlanması və həmin ərazidə ərzaq qıtlığı yaranmasıdır.

Rusiyada çuğundurun qiyməti kəskin şəkildə azalır..

Hal-hazırda Vladivostoka kartof Azərbaycan və Misirdən gətirilir. Belə ki, yük daşımalarında ciddi problem yaranıb. Bu səbəb isə vilayətin iri və kiçik sahibkarlıq subyektlərinin yeni idxal bazarları axtarmasına səbəb olub. Məsafənin uzaq olması da daşınma xərclərinin artmasına və nəticədə qiymətlərə öz təsirini göstərib.

Rəsmi açıqlamlara görə məsələnin həlli üçün addımlar atılır.

“Çinlə sərhədlər bağlı olduğu üçün Azərbaycan, Krasnodar və Misirdən kartof alırıq. Topdan satış qiyməti yüksəldiyi üçün pərakəndə satışda da bahalıq hiss olunur. Amma məsələnin qısa müddətdə həllini gözləyirik”.

Qeyd edək ki, Vladivostok şəhərinin “Remi”, “Samberi”, “Freş” və s. ərzaq şəbəkələrində kartofun 1 kilosu 50-70 rubl arasında dəyişsə də, Azərbaycan kartofu ən baha qiymətə (200 rubla qədər )satılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!