Rusiya və Polşada təzadlı çiyələk qiymətləri

Rusiyada çiyələyin qiyməti ötən ilə nisbətdə 2-3 dəfə artıb

Rusiya bazarında yerli çiyələyin qiymətləri artmağa davam edir. Bu barədə “APK-Inform: Tərəvəz və meyvələr” layihəsinin analitikləri bildiriblər. Bazar operatorları yerli giləmeyvə qiymətinin artmasının əsas səbəbi kimi ölkənin cənub bölgələrində hava şəraitinin pisləşməsi üzündən yerli təsərrüfatlardan qeyri-sabit və az həcmdə məhsul tədarük olunmasını göstəriblər.

çiyələyin qiymətləri agroexpert.az

Beləliklə, bu gün yerli bağların çiyələk qiymətləri 250-380 rubl / kq (3.53-5.37 $ / kq) arasında dəyişir. Bu da orta hesabla ötən iş həftəsinin sonu ilə müqayisədə 13%  daha bahadır.

Bazar iştirakçıları inanırlar ki, yerli çiyələk ətrafındakı bu həyəcan, ajiotaj bu məhsulun çox aşağı bazar tədarükü ilə əlaqəlidir. Baxmayaraq ki, Rusiya Federasiyasının cənub bölgələrində bu giləmeyvənin yetişdirilmə mövsümü sürətlə davam edir. Cənub bölgələrindəki bəzi ərazilərin fermerləri aprel ayında baş verən şaxta səbəindən böyük çiyələk əkinlərinin məhv olduğunu bildirirlər və bu gün bazarda alıcılaran təklif olunan yerli yabanı çiyələklərin sayı çox azdır.

Həmçinin qeyd etmək lazımdır ki, bu həftə bir çox bağ çiyələyi istehsalçıları üçün xoşagəlməz bir sürpriz də güclü yağışın yağması oldu. Əsas istehsal bölgələrində bağbanlar bu giləmeyvənin yığımına başlaya bilməzlər.

Bütün bunlarlayanaşı, hazırda Rusiya bazarında yerli çiyələyin qiymətinin artıq keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 2-3 dəfə yüksək olduğunu da qeyd etmək lazımdır. Bununla yanaşı, bazar operatorları çiyələk bağı seqmentində qiymət azalmalarını proqnozlaşdırmırlar.

İstehsalçılar, çiyələyin mövsüm boyu keçən ilə nisbətən daha baha satılacağını gözləyirlər. Ayrıca istehsalçıların əksəriyyəti bildirir ki, onlar artıq topdansatış şirkətləri və pərakəndə satış şəbəkələri ilə çiyələk tədarükü ilə bağlı müqavilələr imzalayıblar.

Rusiyanın qonşusu olan Polşada isə çiyələk bazarında vəziyyət tamamilə fərqlidir.

Burada havaların istiləşməsi, çiyələk yetişdirilməsi üçün çox əlverişli hala gəlməsi bu təsərrüfatı yetərincə stimullaşdırır. Beləliklə bazarda alıcılara təqdim olunan çiyələk çeşidləri və miqdarı da artır ki, bu da məhsulun qiymətində ucuzlaşma ilə müşahidə olunur.

Belə ki, hazırda Polşa bazarlarında yerli bağ çiyələyinin kilosu 2.70-3.43 dollar qiymətə satışa çıxır ki, bu da son iş həftəsinin sonuna nisbətdə orta hesabla 13% ucuzdur.

Çiyələk qiymətlərinin ucuzlaşmasına həmçinin bazarda İspaniyadan idxal olunan çiyələk növlərinin olması da öz təsirini göstərir. Qeyd etmək lazımdır ki, idxal olunan çiyələyin qiyməti də münasibdir və ucuzlaşmağa davam edir. İdxal olunan İspaniya çiyələyinin kiloqramının qiyməti 1,99-3.48 dollar arasında dəyişir.

Amma yenə də ötən ilə nisbətdə Polşada da çiyələyin qiyməti ortalama 2,2 dəfə artıb. Mütəxəssislər Polşa bazarında çiyələk qiymətinin ucuzlaşmağa davam edəcəyin vəd edirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!