Rusiyada alma təsərrüfatı – statistik göstəricilər və planlar

Rusiya Sənaye Ekspertizası Mərkəzi, Rusiyanın alma bazarının potensialını təhlil edib.

Mərkəzin təhlillərinin nəticələrinə görə, intensiv meyvə bağlarının dinamikasını nəzərə alsaq, 2024-cü ildə satılan alma məhsulu ümumi istehsalı 1,2 milyon tona çata bilər. Bunun da 1,04 milyon tonu 2015 ilə 2019 arasında əkilən yeni bağlar tərəfindən istehsal ediləcəkdir.

Rus alma istehsalında struktur tənzimlənməsi aparılır. Aşağı bazar qabiliyyəti və məhsuldarlığı olan ənənəvi bağlar dövriyyədən çıxarılır və intensiv bağlar ilə əvəz olunur. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2015-2019-cu illərdə 62,3 min hektar ərazidə intensiv bağlar əkilib.

Federasiyasının alma bazarının gücünü bərpa etmə prosesi davam edir. 2019-cu ildə Rusiya bazarında satılan alma məhsulu həcmi (idxal olunana, əlavə fərdi ev təsərrüfatları olmadan yerli istehsal və dərin emal üçün nəzərdə tutulmuş almalar istisna olmaqla) 1,4 milyon ton təşkil etmişdir. 2015-2019-cu illər ərzində alma bazarı 23,6% böyüdü, lakin hazırkı bazar gücü 2013-cü illə müqayisədə 12% azdır.

alma məhsulu rusiya bazarında garoexpert.az

Rusiya Statistika Komitəsi, Federal Gömrük Xidməti və Kənd Təsərrüfatı Nazirliyi, 2024-cü ildə bazar gücü 1.74 milyon tona qədər artarsa, idxalın payının indiki 55% -dən 36% -ə qədər azalacağını hesablayıb. Rusiya Kənd Təsərrüfatı Bankının məlumatına görə, idxal əvəzləməsini başa çatdırmaq üçün əlavə olaraq 16 mindən 63 min hektara qədər (bağın intensivləşdirmə səviyyəsindən asılı olaraq) alma bağları əkmək lazımdır.

Bu sənayeyə Rusiya davamlı investisiya qoyulduğu təqdirdə artıq 2023-cü ildə özünü alma ilə tam təmin edə bilər.

Bunu həmçinin federal büdcədən subsidiyaların verilməsi ilə investorlara kənd təsərrüfatı obyektlərinin tikintisi və modernləşdirilməsi üçün vəsait ayıraraq da sürətləndirmək olar.

“Bu gün Rusiya ən çox alma idxal edən ölkələrdən biridir. Rusiyanın dünya ticarətindəki payı 13% -dir. Rusiya bazarı xüsusən də Serbiya, Moldova və Azərbaycan üçün əsas bazardır. Yerli alma təsərrüfatının böyümə sahələri isə daha çox dərin emal məhsullarının istehsalıdır: mürəbbə, cem, konsentrat və s.

Rusiya Federasiyası idxaldan imtina edərsə, qalan sahələrdə də rəqabət güclənəcəkdir.

Rusiyadan məhsulların ixracına gəlincə, bu siyahı çox məhduddur. Rusiyanın alma ixrac etdiyi ölkələr arasında ilk növbədə Qazaxıstan, Krım,  Fars körfəzi və Şimali Afrika ölkələri var.

Ruiyalı mütəxəssislərin fikrincə, alma məhsulu istehsalçıları daxili bazara daha yaxşı diqqət yetirməlidirlər. Beləliklə, Rusiyada satılan almaların istehlak səviyyəsi ildə adambaşına 9 kq təşkil edir ki, bu da ABŞ və AB ölkələrinin səviyyəsindən (adambaşına 12 kq) 30% da azdır. Adambaşına istehlak səviyyəsi müqayisə olunan ölkələrin səviyyəsinə yüksəldildiyi təqdirdə, Rusiya alma bazarının həcmi proqnozlaşdırılan 1,74 milyon tona çata bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669