Saanen keçi cinsi

Keçi cinsləri arasında ən populyarı saanen keçi cinsi olub vətəni İsveçrədir, süd və bala verimi yüksəkdir. Bu keçini yerli keçilərlə cütləşdirib bir çox ölkələrdə yüksək verimli yerli keçi cinsləri əldə etmişlər. 

Əgər keçi biznesi ilə yeni məşğul olmağa başlamısınızsa təmiz qan saanen keçiləri əldə etmək olar. Yox əgər əlinizdə keçi sürüsü varsa, bunları saanen keçi cinsi ilə calaşdırıb daha yaxşı cinslər əldə etmək daha sərfəlidir. İstənilən halda yaxşı keçi seçmək çox önəmlidir.

Saanen keçiləri ilə yerli keçilərin və mələzlərin müqayisəli cədvəlinə baxaq:

Verim özəllikləri:İsveçrə SaaneniYerli KeçilərMetis Keçilər
Canlı ağırlığı  55-70 kg (ergin) 45-50 kg (ergin)50-55 kg
Döl verimi %180-200 80 %130 %
Laktasiya dövrü270 gün 150 gün210 gün
İllik süd verimi 600 kg 40 kg250-300 kg
Südün yağlılığı %3-3.3%3-3.3%3-3.3
Günlük süd verimi2.2 kg 0.27 kg1.2 kg

Cədvəldən də göründüyü kimi saanen keçilərinin yerli keçilərə müqayisə olunmaz üstünlüyü vardır. Amma cütləşdirmədən alınan mələzlər bir çox göstəriciləri ilə saanendən çox geri qalmır. Məsələn, çəkisi və süd verimi.

Saanen keçi cinsi saxlanması

Ağılda saxladığınız normal (14-15 aylıq) bir keçi  süd veriminə görə hər gün:

  • 1-1.5 kq quru ot
  • 300-900 gr yaş ot

yeyir. Yemi süd sağımından sonra verin ki, yemin dadı südə keçməsin.

Gündə 3-4 kq süd verən keçiyə gündəlik aşağıdakı yem rasiyonu tətbiq edilə bilər:

a)b)c)
1 kq quru yonca1.5 kq quru ot3-4 kq yaşıl çayırotu
0.5 kq saman1.5 kq kəpək0.5 kq yaş yem qarışığı
0.5 kq arpa qırması3-4 kq yaşıl ot
0.5 kq kəpək
2 kq heyvan çuğunduru

Bundan əlavə keçi yeminə 1/7 nisbətində duz qatmaq lazımdır Pambıq toxumu da qata bilərsiniz. Keçilər üçün ən yaxşı saman yulaf samanıdır. Kartof südü artırır. Arpa, qarğıdalı, kələm, yulaf ən uyğun yemlərdir. Yaşıl yemlər mütləq soldurulub verilməlidir.

Keçilərin saxlanması üçün:

  • Normal keçi üçün: 0,75-1 m²
  • Balalı keçilər üçün: 1,25-1,50 m²
  • Təkələr üçün:  3-4 m²
  • Boğaz keçilər üçün: 1,5 m²

Keçilərin gəzinti sahəsi isə saxlama ölçülərindən 2 dəfə çox hesablanmalıdır. Bundan əlavə yem saxlanan yer də hesablanmalıdır.

Mənbə: 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

3 thoughts on “Saanen keçi cinsi

  • Sentyabr 17, 2018 at 10:16 axşam
    Permalink

    Saanen keçilər satılır

    2-4 aylıq çəpişlər: 300-500 Azn
    Boğaz ilk qarın keçi: 1200 Azn
    Yanı balalı keçilər: 1500 Azn

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика