Saatlıda süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 317 min 700 manat subsidiya ödənilib

Saatlıda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

süni mayalanma

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 3 min 672 baş inək və düyədən cari ilin 8 ayı ərzində 3 min 177 baş buzov alınıb. Hər 100 baş ana inəyə 86 baş buzov düşür. Doğulan buzovlara görə maldarlara 317 min 700 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Saatlının heyvandarlıq təsərrüfatlarında 67 min 691 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da 32 min başdan çoxu ana inək və düyələrdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669