Şabalıd ağacına qulluq

Şabalıd latın dilində “castanea sativa” olaraq adlandırılan və əsasən də qış meyvəsi olaraq bilinən bir toxumdur. İçərisində olduqca çox lif və karbohidrat olmasıilə də tanınır. Çox uzun zamandır insanların qidalanmasında olduqca tez-tez seçdiyi şabalıd, bizim mədəniyyətimizdə də olduqca əhəmiyyətli bir yerə sahibdir. Qış aylarında küçələrdə, evlərdə bişirilir, yeməklərə qatılır, şirniyyat hazırlanır, əzməsi və püresi hazırlanır.Şirin dadıyla yanaşı, insanda doydurucu bir təsir yaratması da olduqca əhəmiyyətli bir haldır. Vitamin və mineral baxımından sanki bir depodur.

şabalıd ağacı
  • Suvarması mütəmadi olaraq aparılmalıdır
  • Meyvə almaq üçün 3 il yaxşı qulluq etmək lazımdır
  • Köklərinə bol-bol vitamin verici gübrə dəstəyi aparılmalıdır
  • Budaqları müntəzəm fasilələrlə uyğun şəkildə budanmalıdır
  • Soyuq havalara dözümlü olduğuna görə inamla əkə bilərsiniz.
Şabalıd ağacı neçə ildə meyvə verir?

Şabalıd ağacına qulluq və yetişdirilməsi yaxşı aparıldığı, lazımi bütün şərait şərtləri təmin olunduğu təqdirdə olduqca məhsuldar bir meyvə ağacıdır. Ancaq əks halda suvarması etinasızlıq edildikdə, lazımi qayğı almadığı halda ya keyfiyyət olaraq pis meyvə verər. Ya da miqdar olaraq gözlənildiyindən olduqca aşağı meyvə alar ya da almaya bilərsiniz. Əkilən şabalıd ağaclarıadətən meyvə verməyə ağacın torpağa kifayət qədər öyrəşdikdə və məskunlaşdıqdan sonra baş verir. Bu müddət orta hesabla 3-4 ola bilər. Ağacdan tam məhsuldar meyvə almağınız isə adətən 5 ildən sonra olacaqdır.Şabalıd ağacı bu cəhətdən bir az səbr və zəhmət tələb edir, ancaq unudulmamalıdır ki, şabalıd ağacı eyni zamanda verdiyiniz bu əməyinqarşılığını bütün alicənablığı ilə sizlərə verər.

 Şabalıd tingi hansı ayda əkilir?
şabalıd

Bildiyiniz kimi,şabalıd ağacı quruluş olaraq çox soyuq havalara qarşı dayanıqlıdır. Qış aylarında -30 dərəcə soyuqlara dözümlü ağac üçün əkilən dövr çox vacibdir. Bir yerə əgər şabalıd ağacı əkilirsə iki şabalıd ağacı arasında ən az 10 metr qədər sahə buraxılmalıdır. Əkshalda bu sahə daha az səviyyədə olarsa şabalıd ağacından tam məhsul verimi gözlənilmir. Bu da arzuolunmaz hal kimi qarşımıza çıxır. Şabalıd tinginin əkin vaxtı ağacın yarpaq tökmə dövrü olan dekabr ayının ortasından etibarən təxminən aprel ayının ortasına qədər keçirilməsi uyğun olacaqdır. Qalan aylarda əkilən tinglər ümumiyyətlə tutmur və ting tələf olur.

 Şabalıdın yetişdirmə şərtləri nələrdir?

Şabalıd ağacı dəniz səviyyəsindən yüksəkdə olmağı sevən bir ağacdır. Adətən yetişdiyi yerlər dəniz səviyyəsindən orta hesabla 400 ilə 1200 metr-ə qədər yüksək olan yerlərdir. Qış aylarında çox soyuq havalara da olduqca dözən şabalıd ağacı ümumiyyətlə mülayim yerləri daha çox sevir. Bununla bərabərşabalıd ağacları nə qədər günəş işığını alsalar meyvələri də bir o qədər bol və keyfiyyətli olur. Torpağın isə rütubət baxımından yaxşı bir səviyyəyə malikolması və torpağın ağır metallardan məhrum olmalıdır.

Bütün bunlarla yanaşı eyni zamanda gübrələmə və  dezinseksiya etmək şabalıd ağacı üçün olduqca önəmli hallardır. Ağacın kökünün əsas kök olmasına görə kalium baxımından zəngin bir torpağa əkilməsi olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur.

şabalıd ağaci

Şabalıdın bilmədiyiniz faydaları haqqında bu məqalədən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!