Şabalıd bağının salınma qaydası

Şabalıd bağının salınmasından öncə qeyd edək ki, şabalıd bitkisinin:

şabalıd bitkisi - şabalıd ağacı

Azərbaycanın meşələrində və bağlarında bir çox müxtəlif formaları vardır. Şabalıd 100-150 il ömür sürür. Hətta 1000 illik şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən bir olur. Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq C, 0,18 mq B1 vitamini vardır.

>>>>> Şabalıd balının möcüzəvi faydaları <<<<<

Şabalıd bitkisi toxumlar ve calaq vasitəsi ilə çoxaldılır. Bu bitki mənzərə bağçılığında və ya meşə salmaq meqsədiylə istifadə olunacaqsa, toxumları ilə çoxaldılır. Bir meyvə bitkisi kimi becəriləcəksə, meyvə bağı salınacaqsa, toxmacarlar ikinci ili yaxşı sortlarla calaq edilir. Toxumdan çıxan ağacı calanmamış əkəndə bar verir, lakin növ müxtəlifliyi yaranır. Meyvədə cırlaşma gedir. Şabalıd üçün mədəni sortlardan alınan toxmacarlar özü calaqaltı ola bilər. 

Calaq etmək üçün toxmacarlar özü calaqaltı ola bilər.

şabalıd bitkisi və şabalıd növləri - at şabalıdı
Adı: At şabalıdı

Calaq etmək üçün toxum əkiləcək sahə ümumi qayda ilə hazırlanır. Bir – birindən 90 sm aralı məsafədə cizgilər çəkilir və sağlam şabalıd meyvələri şiş ucu yuxarı olmaq şərtiylə bir-birindən 40 sm aralı , 8 sm dərinlikdə basdırılır. Cücərmiş toxmacarlara adi meyvə toxmacarlarda olduğu kimi qulluq edilir. Toxmacarlara ikinci ilin yazında göz calağı vurulur.

Şabalıd bağının salınması

Bağ salmaq üçün seçilmiş sahələr münbit, dərin laylı su ilə təmin olunan sahə olmalıdır. Əsas şum 35-40sms dərinlikdə aparılmalıdır. Sonra  iki istiqamətdə malalanır. Şabalıd üçün qida sahəsi 12x12m hesablanır. Sahə şunur vasitəsiylə ölçülür çala qazılası yerlər 20-30sm uzunluqda mıxcalarla işarələnir və qazılır.

şabalıd bitkisi- şabalıd ağacı - şabalıd kolu

Yaxşı olar ki, tinglər payızda torpağa(yerə) əkilsin. Çalanın dərinliyi 40sm, diametri 50sm olmalıdır. Ting əkilən zaman hər çalaya 10 kq çürümüş peyini torpağa qatıb vermək lazımdır.

Şabalıd bağlarında görülən digər işlər ümum meyvə bağlarında olduğu kimidir. Bu bağlarda qida sahəsi geniş olduğu üçün və meyvəyə gec düşdüyündən burada cərgə aralarına 10-15 il istifadə etmək üçün başqa meyvə ağacları əkmək məsləhət görülür. Xüsusiylə alçaqboylu alça, alma, gavalı və s. Bunlar olmazsa başqa bostan-tərəvəz bitkisi də əkmək olar.

Müəllif: Alim aqronom Şirinov Məhəmməd

>>>>> Şabalıd ağaclarının yetişdirilmə şərtlərinə bunlar da daxildir <<<<<<<

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!