Sabirabadlı pambıqçı: Hər hektardan 40 sentner məhsul götürəcəyimi planlaşdırıram

Sabirabadda pambıq yığımının qızğın çağıdır. Fermerlər hər gün pambıq plantasiyalarından 790-800 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 75-80 faizi maşınların köməyi ilə toplanılır. Pambıqçıların fədakar əməyi nəticəsində indiyədək sahələrdən 13 min tondan çox pambıq yığılıb.

Rayon icra hakimiyyətindən bildiriblər ki, bu il rayonda 13 min 30 hektar sahədə pambıq becərilib. Bunun da 2 min hektardan çoxu Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əkilib. Kənddə fəaliyyət göstərən 1200–ə yaxın məhsul istehsalçısı becərdikləri sahələrin pambığını son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Fermerlər bu günə kimi 3 min tondan çox məhsul toplayıblar.

pambıq

Kənddə fəaliyyət göstərən fermer Vaqif Abdullayev ötən il 16 hektar sahənin hər hektarından 38 sentner pambıq yığmaqla 62 ton məhsul təhvil verib. Fermer bu mövsüm əkin sahəsini genişləndirərək 32 hektara çatdırıb. Sahədə bu il də məhsul çoxdur.

“Bu mövsüm 32 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsul ötən ildəkindən də çoxdur. Pambığı maşınlarla toplayıram. Yığım apardığım sahədən indiyədək 64 ton məhsul götürmüşəm. Hələ pambıq çoxdur. Təxmini hesablamama görə, bundan sonra daha 50 ton da məhsul olacaq. Əminəm ki, hər hektarın məhsuldarlığı 40 sentnerə çatacaq”, – deyə fermer bildirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669