Sağlam cücə böyütmək üçün 9 qayda

Sağlam cücə, yalnız tam biloji yararlı yumurtalardan əldə edilir. Sağlam yumurta almaq üçün isə toyuqları yaxşı yemləmək lazımdır, lazımi ot, kök və digər vitamin, minerallarla təchiz edilməlidir. Burda toyuq cinsinin seçimi də önəmlidir. Bəzi cinslərin inkubasiya çıxışı yaxşı olur, bəzi cinslərin soyuğa dözümü yaxşıdır və sair.

agroexpert Sağlam cucə

Sağlam cücə yetişdirmək istəyən fermerlər 9 qaydaya əməl etməlidirlər:

  1. Cücə alınacaq yumurtalar 2 həftədən çox sərin (soyuq yox) yerdə saxlanmamalıdır.
  2. Cücə almaq üçün cavan toyuq yumurtaları yox, ən azı 1,6-2 illik toyuqların yumurtası götürülməlidir.
  3. Kürd yatacaq toyuqlara 1 yaşdan kiçik xoruz buraxılmamalıdır.
  4. Xüsusi yemləmə ilə çox yumurtalatdırılmış toyuqların yumurtalarını götürməyin.
  5. İnkubasiya üçün yumurtalar yalnız sağlam toyuqlardan alınmalıdır.
  6. Sürü alınacaq toyuqları darısqal yerdə saxlamayın.
  7. Hini təmiz saxlayın.
  8. Quşların daha çox hərəkət edə bilməsi üçün şərait yaradın.
  9. Keyfiyyətli inkubator seçin.

Cücələr ilk ayda, xüsusən ilk 10 sutkada daha çox diqqət və himayə tələb edirlər. Ona görə kürd yatızdırmaq bu baxımdan rahatçılıqdır ki, anaş toyuq çox işi özü görəcək. Cücələrə yeməyi öyrədəcək, soyuqdan və düşmənlərdən qoruyacaq. Hətta ilk gündən gəzintiyə də çıxara bilir. İnkubator cücələrin isə gərək müəyyən tempraturda saxlayasınız.

Tempratur rejimi (yerdən 5 sm hündürlükdə):

İlk 5 gün 6-10 gün 11-15 gün 16-20 gün 21-25 gün
31-30°C 28°C 28-26°C 26-24°C 24-22°C

Bundan sonra tempraturu 20-18°C saxlayın.

Sağlam cücə üçün düzgün yemləmə:

Cücələri saxladığınız yerə buraxan kimi yemləməlisiniz. Gün ərzində yem və su əlçatan olmalıdır.

İlk sutkada cücə başına aşağıdakı yem qarışığı verilir:

  • 6 qram xırdalanmış taxıl (buğda, qarğıdalı, arpa, qabıqsız vələmir)
  • 2 qram yaxşı qaynanmış yumurta (25 cücəyə 1 yumurta)
  • 1 qram təzə pendir
  • 5 qram təzə süd
  • 2 qram göyərti

5-6 günündən etibarən aşağıdakı yem qarışığı verilir:

  • 10 qram buğda unu qarışığı
  • 3 qram yumurta
  • 2 qram təzə pendir
  • 7 qram süd
  • 7 qram göyərti
  • 0,3 qram təbaşir tozu
  • 0,1 qram balıq yağı

10-cü gündən sonra yumurta rasyondan çıxarılır. İlk 5 sutkada cücələri gündə ən azı 8 dəfə, daha sonra tədricən 3 dəfəyə azaldıb yemləyirlər.

Bu məqaləni bir forumda paylaşarkən ordakı fermerlərdən biri çox gözəl metod dedi. Cücələri sağlam böyütmək üçün 10 günündən sonra gicitkanı xırda-xırda doğrayıb yem kimi verirlər. Çox effektli olurmuş. Suyuna sirkə qatmağı da tövsiyyə edənlər var.

 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir