Sağlamlığımıza zərər vuran 7 vərdiş

Ömrümüzü qısaldan, sağlamlığımıza zərər vuran bir sıra vərdişlərimiz var. Bilərək, ya da bilməyərək etdiklərimiz… Bir çoxunu hamımız bilirik. Bugün sizlərə hər kəsin bilmədiyi, istəmədən hər kəsin etdiyi vərdişlərdən söz açacayıq.

Birinci vərdiş – Əllərimizi isti su ilə yumaq.

İsti və soyuq suyun mikrob öldürməyə və bakteriyaları əlimizdən çıxarmağa eyni dərəcədə təsirli olduğu müxtəlif araşdırmalar nəticəsində sübut olunub. İsti suyun bakteriyaları öldürdüyünü düşünsək də, əslində soyuq su da həmin təsirə malikdir. İlıq su dərini yumşaltdığı üçün mikroblara qarşı müdafiəsiz hala salır.

İkincisi Dişlərin təmizlənməsi

Su dişin qoruyucu qatını yuyur. Həmin qoruyucu qatı zədələyən amil isə diş fırçalarıdır. Hər ehtimala qarşı dişlər yuyulduqdan sonra yarım saat ərzində ağıza heç bir maye daxil etməmək lazımdır, yalnız dişin saxlamlığına xidmət edən eliksirdən başqa. Yemək yedikdən sonra da dərhal dişlərinizi yumağa tələsməyin. Heç olmasa yarım saat gözləyin.

 Üçüncüsü Yeməyi sürətli halda yemək

Bu vərdiş sağlamlıq problemlərinə yol aça bilər. Sürətli yemək yedikdə, qidaları tam çeynəyə bilmədiyiniz üçün ürək xəstəliyinə və iflicə səbəb ola bilər. Sürətli yedikdə beyinə siqnal getmir, doysanız da aclıq hiss edirsiniz.

Dördüncüsü Yuxudan durandan sonra pəncərələri açmırsınız 

Yuxudan duran kimi pərdələri və jalüzləri açın. “PLOS One” jurnalının araşdırmalarına əsasən səhər günəşinin şüaları orqanizmdə metobolizmin güclü işləməsinə kömək edir. Hətta 20-30 dəqiqəlik günəş işığı immunitetə kömək edir.

Beşincisi Yeməkdən sonra duş qəbul etmək

Duş əllərdə və ayaqlarda qan axınını artırır, bu isə mədəyə qan axınını azaldır. Nəticədə həzm sisteminin işində problemlər yaranır, mədədə ağrı riski artı.

Altıncısı Evdə təmizlik işləri

Alimlər araşdırmalar nəticəsində belə qərara gəlmişlər ki, ev işlərində kim daha çox işi görürsə, o adam hər zaman yüksək qan təzyiqindən əziyyət çəkir. Bu hal yemək bişirmək və şopinq etmək kimi hallarda da yaşanır. Həmçinin, evdə kimyəvi maddələrlə təmizlik işi aparmaq astma xəstəliyinin yaranma riskini artırır.

Yeddincisi Corabla yatmaq

Yatağa corabla girmək sadəcə dəri hüceyrələrinə deyil beyin hüceyrələrinə də mənfi təsir edir. Bədəndəki qan dövranının sürətini zəiflədər. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!