Sağlamlıq üçün çox faydalı olan 7 içki

İçki növləri çoxdur. Amma hər yaş qrupu üçün zərərsiz, həm də faydalı olanı təbii şirələrdir. Meyvə və tərəvəzlərdən hazırlanan içkilərdir. Onlar hər insanın gündəlik qida rasionunda olmalıdır. Çünki içildikdən sonra tərkibindəki bioloji təbii maddələr həmən an maddələr mübadiləsinə təsir edir.

Vitamin və mikroelementlərlə zəngin olan təbii şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanır. Xatırladaq ki, 2 saatdan çox qalan təbii şirədə vitaminlər demək olar ki yoxolur. Soyuducuda belə saxlasanız yenə həmin proses baş verəcək. Ona görə də hazırlandıqdan dərhal sonra içilməlidir.

Bilirik ki, təbii şirələr faydalı olmağı ilə yanaşı müalicəvi təsirə də malikdir. O səbəbdən məsələyə məhz bu tərəfdən yanaşdıq.

Mütəmadi istifadə etdiyiniz təqdirdə sağlamlığınızda yaranmış problemlərə çarə olacaq içkiləri təqdim edirik.
agroexpert_Az tebii içki tebii sire

Sıralamaya tomat şirəsindən başlasaq ilk olaraq qeyd etməliyik ki,

  •  C vitamini, karotin və kalium mikroelementi ilə zəngindir. 
  • Kalorisi azdır.
  • Həzm prosesini yaxşılaşdırır .

Həmçinin, tomat şirədən istifadə qadınlarda menopauza dövründə psixoloji və fizioloji göstəriciləri yaxşılaşdırır. Bu fikri Tokio Tibb Universitetinin alimləri təsdiqləyiblər. İki ay ərzində hər gün 200 millilitr tomat şirəsi içən qadınlar həyəcanın əhəmiyyətli dərəcədə azalmasını və ürək sıxılmalarının tezliyinin yaxşılaşdırılmasını nümayiş etdiriblər.

Çuğundur şirəsi isə qan və damarları təmizləyir, hemoqlobini artırır, təzyiqi aşağı salır, orqanizmdən toksinləri çıxardır. Hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Çuğundur və ondan çəkilən şirənin bu keyfiyyəti onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqəlidir.

Kələm şirəsinin  tərkibində çoxlu yod var.
  • Orqanizmi möhkəmləndirir.
  • Qəbizliyi aradan götürür,
  • Arıqlamağa kömək edir.

Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan qaldırmağa kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı isə (1:2) da çox faydalıdır.

Kartof şirəsi qan təyziqini aşağı salır, qastrit, mədə və 12-barmaq bağırsağı xorası olan insanlara çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.


Quşüzümü şirəsi.
Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr – oliqosaxaridlər bu şirəni “təbii antibiotik”ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.

Albalı şirəsi qanazlığı olan insanlara çox faydalıdır. Mədə və 12-barmaq bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri də).  Böyük Britaniya və Cənubi Afrika Respublikasından olan tədqiqatçılar albalı şirəsinin qəbulunun qanda sidik turşusunun azalmasına gətirib çıxardığını sübut ediblər. Sınaqlar göstərib ki, bu, hər gün qəbul edilən albalı şirəsi olduqca faydalıdır.

Ananas şirəsi isə arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində “bromelayn” adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır.

  • İmmuniteti artırır.
  • Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir.
  • Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика