inəklər üçün yem miqdarı
İribuynuzlu heyvanlar

Sağmalı inəklər üçün yem payı

agroexpert_ südlük inək yem

Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün istifadə olunan yemlər qidalılıq cəhətdən çox müxtəlifdir. Odur ki, müxtəlif heyvanlar üçün hansı yemin məsləhət görü-düyünü bilmədən heyvanların yemləndiril-məsini düzgün təşkil etmək mümkün deyil. Yemləri bir-biri ilə müqayisə etmək üçün ölçü vahidi kimi 1 kq orta keyfiyyətli vələmirin qidalılıq dəyəri götürülmüşdür.

1 kq vələmir qidalılıq cəhətdən orta hesabla 4,5 kq yaşıl çəmənotunu, 10,5 kq çuğundur yarpağını 5,1 kq arpa küləşini, 0,7 kq qarğıdalı dənini, 8,2 kq yem çu-ğundurunu 2,4 kq çəmən otunu və s. əvəz edir. Beləliklə bütün yemlərin qidalılıq dəyəri vələmir ilə ölçülür.

Südlük inək yem payında geniş istifadə olunan yemlər, sulu şirəli yemlər, qaba yemlər, qüvvəli yemlər, sənaye tullantılarından alınan yemlərdən ibarətdir.

Sulu-şirəli yemlərə yaşıl biçənək otları, qarğıdalı silosu, yaşıl yonca kütləsi, senaj və s aiddir. göstərilən yemlərin tərkibində  20-25 % xam protein vardır. Sulu şirəli yemlərin həzmediciliyi 70-75% olur. Sağmal inəklərin südünün artırılmasında sulu-şirəli yemlər böyük əhəmiyyət kəsb edir.

Sulu şirəli yemlərdən əlavə sağmal inəklərə qaba yemlər, quru çəmən otu, qurudulmuş yonca, bütün növ dənli bitkilərin küləşi verilməlidir. Belə yemlərin tərkibi zülallar, sulu karbonatlar, yağlar, “D” vitamini, karotin, kalsium və fosfor mineralları ilə zəngin olur. Sağmal inəklərə bütün növ küləşləri yedizdirmədən qabaq həzmediciliyini artırmaq üçün onu bişirmək, karbonit məhlulu ilə yumşaltmaq lazımdır.

Buzovların yemləndirilməsi üçün bu məqaləyə baxa bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!