Salyanda bostan sahələrindən 16 min tondan çox məhsul yığılıb

Salyanda bostan məhsulları (qarpız, yemiş) yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 1007 hektar bostan sahələrindən indiyədək 16 min 632.9 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 520.8 ton çoxdur. Hər hektarın məhsuldarlığı 165.5 sentner olub.

salyan agroexpert.az

Rayon statistika idarəsindən bildirilib ki, bostan bitkilərinin 682.5 hektarını qarpız, 324.5 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən əkin sahəsindən gözlənildiyindən də çox məhsul yetişib. Bostançılar ilin ötən ayları ərzində sahələrdən 12 min 275 ton qarpız, 4 min 357.9 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin məhsuldarlığı isə 180.1, yemiş sahəsininki isə 134.3 sentner olub.

Fermerlər tədarük etdikləri məhsulları əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669