Şamaxıda payızlıq taxıl əkiləcək

Şamaxıda 41 min hektarda payızlıq taxıl əkiləcək. Şamaxı taxılçıları payızlıq əkin kampaniyasını sürətlə davam etdirirlər və artıq 25 min 694 hektarda səpin aparılıb.

Payızlıq taxıl əkiləcək

payızlıq taxılıRayon Statistika İdarəsindən bildiriblər ki, əkin aparılan sahələrin 15 min 714 hektarı buğda, 9980 hektarı arpadır. Bölgənin bütün ərazilərində, o cümlədən daha çox taxıl əkilən, aşağıda qeyd etdiyimiz kənd ərazi dairələrində, bütün qüvvələr bu mühüm kampaniyanın tez və keyfiyyətlə başa çatdırılıb:

  • Sabir;
  • Şəhriyar qəsəbə;
  • Qızmeydan;
  • Göylər.

Əkin kampaniyasına kifayət qədər texnika cəlb olunub.
Qeyd edək ki, Şamaxıda gələn ilin məhsulu üçün 41 min hektardan çox sahədə payızlıq taxıl əkiləcəyi gözlənilir. Artıq 36 min 487 hektarda şum çıxarılıb.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!