Samuxda 5 min tondan çox meyvə istehsal olunub

Aqrar sektor, xüsusən də meyvəçilik Samuxda kənd təsərrüfatının əsas sahələrindən birini təşkil edir.

Hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair meyvə növləri yetişdirilir. Meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir. Buna baxmayaraq, son illər əhali öz pay torpaqlarında da yeni meyvə bağları salır.

çəyirdəkli meyvələr agroexpert.az

Samux Rayon Statistika İdarəsindən  bildirilib ki, avqustun əvvəlinə olan məlumata əsasən, bu il rayonda 2040,5 hektar meyvə və giləmeyvə bağları mövcud olub.

Meyvə və giləmeyvə bağının 1425,5 hektarı bar verəndir. 2020-ci ilin ilk 7 ayında sahələrdən 5043,4 ton meyvə və giləmeyvə, o cümlədən 810 ton alma, 649 ton armud, 300 ton şaftalı, 1318 ton ərik, 386 ton gilas, 77 ton albalı, 426 ton gavalı, 663 ton alça, 265 ton göyəm və 149,4 ton giləmeyvəlilər yığılıb. Meyvənin məhsuldarlığı hər hektara görə 35,4 sentner olub. Meyvə və giləmeyvənin 70,9 tonu kənd təsərrüfatı müəssisələrində, 4972,5 tonu isə əhali təsərrüfatlarında istehsal edilib.

(Azərtac)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673