Şaquli kənd təsərrüfatı sistemi bazarlarda

“FarmedHere” və “AeroFarms” kimi yeni açılan üfüqi əkin sistemi təsərrüfat məhsulların daha səmərəli böyüməsinə imkan verir. Məhsullar satış nöqtəsində daha qısa məsafələrdə istehsal olunur və bazarlara daha təzə şəkildə çatdırılır. Bununla birlikdə Almaniyada şaquli bir təsərrüfat sistemi də inkişaf edir və məhsulların bazar daxilində istehsalına imkan verir.

“Kräuter Garten” METRO Cash & Carry bazarında yerləşir. İstehsalçı şirkət, həmçinin origami kimi mini istixanalar istehsal edən INFARM-dir. Berlinin Friedrichshain bölgəsini pilot bir bölgə olaraq seçərək INFARM məhsulun performansını test edib. Şirkətin məqsədi qida istehsalında özünü təmin edən şəhərlər yaratmaqdır.

şaquli əkinçilik agroexpert.az

“Düşünürük ki, qida sistemi mərkəzləşdirilməlidir və istehsal istehlakçıya daha yaxın olmalıdır. Bu ətraf mühitə təsir qida təhlükəsizliyi və keyfiyyət baxımından çox əhəmiyyətlidir”. INFARM baş direktoru Erez Galonska deyib.

İl boyu ləzzətli tərəvəz və meyvələr istehsal edən cihaz

INFARM 2013-cü ildə təsis edilib. Şaquli əkinçilik texnologiyasını inkişaf etdirmək üçün Avropa Birliyi və investorlardan dəstək alıb. Şirkət cüzi gübrə və oksigenlə zəngin suda bitki və tərəvəzləri hidroponik şəkildə böyütmək üçün günəş işığını da LED işıqları ilə əvəz edib. Bitkilər mikrosensorlarla izlənilir. Bundan əlavə, toplanmış məlumatlarla bitkilərin düzgün böyüməsi üçün lazım olan şərtlər hesablanır və buna uyğun şərait yaradılır.

Bundan əlavə, il boyu ləzzətli tərəvəz və meyvələr istehsal olunur. Ənənəvi metodlarla müqayisədə 70% daha az gübrə, 90% az su istifadə olunur və pestisidlərdən istifadə edilmir. Bundan əlavə, bazarda 5 kvadrat metr sahəsi olan bu cihaz standart ekran formatından daha az yer tutur.

şaquli-əkinçilik-marketlərdə-agroexpert.az_

iNFARM, bu metodun “bu gün bazarda istehsalın bütün növlərindən daha səmərəli” olduğunu söyləyir. Mürəkkəb görünsə də, bu tətbiq bazarın işçiləri tərəfindən izlənilə və idarə edilə bilər. Bu sadəlik sayəsində sistemin restoranlarda, otellərdə, xəstəxanalarda və evlərdə istifadə olunacağı planlaşdırılır.

Şaquli platforma ilk dəfə 2015-ci ilin oktyabrında quraşdırılıb. Pilot müraciətlər 2016-cı ilin oktyabr ayına qədər davam edib. INFARM 2017-ci ildə bazara satışa çıxarılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669